Hipofizar kaxeksiya
Ümumi məlumat:
Hipofizar kaxeksiya – birincili hipofizar çatmamazlıq hesab olunur ki, bu zaman hipofiz hormonlarının çoxunun sekresiyasının pozulması baş verir. Bunun nəticəsində periferik endokrin vəzlərin ikincili hipofunksiyası inkişaf edir.
Səbəbləri:
Bu patologiyanın əsas səbəbləri travmalar, infeksiyalar ( sepsis, ensefalitlər, vərəm, sifilis), damar pozgunluqlarıdır ( spazm, kollaps). Bunlar da hipofizin ön divarının hipotrofiyası və ya atrofiyasına səbəb olur. Bu da öz növbəsində periferik endokrin vəzlərin aktivliyini stimulyasiya edən hormonların hasil olmasını ləngidir.
Klinikası:
Xəstəliyin klinikası hipofizin funksiyasının azlma səviyyəsindən asılıdır. Bu zaman insanın çəkisi kəskin olaraq aşağı düşür, kaxeksiya- kəskin arıqlama baş verir. Xəstəlik zamanı elacə də qalxanvari vəzin, cinsiyyət vəzlərinin, böyrəküstü vəzlərin çatmamazlıqları simptomları meydana çıxır.
Siz nə edə bilərsiniz:
Bu zaman mütləq həkim- endokrinoloqa müraciət etmək lazımdır
Həkim nə edə bilər:
Həkim xəstəyə tərkibində kifayət qədər zülal, yağ, vitamin olan pəhriz təyin edir. Müvafiq hormonlarla əvəzedici terapiya aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hipofizar kaxeksiya" haqqında müzakirə