Qanitirmə

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 4 376
  • 0 rəy

Qanitirmə.
Qanitirmə orqanizmdə qanın miqdarının azalmasına səbəb olur. Qanitirmə dedikdə qanaxma ilə əlaqədar olan və dövran edən qanın böyük hissəsinin itirilməsi ilə nəticələnən patoloji proses nəzərdə tutulur. Qanın ürək boşluğundan və damar mənfəzindən ətraf mühitə çıxması qanaxma adlanır. Qanaxmalar daxili və xarici olmaqla 2 yerə bölünür.
Tamlığı pozulmuş toxumanın daxilində toplanan laxtalanmış qan kütləsinə hematoma deyilir.
Qanaxmalar travmalar və daxili orqanların müxtəlif xəstəlikləri ilə əlaqədar ola bilir. Aşağıdakı xəstəliklər zamanı qanaxmalar müşahidə edilə bilir:
* həzm sisteminin xəstəlikləri (xoralar, şişlər)
* ağciyərlərin kavernoz vərəmi
* hamiləlik
* doğuş patologiyaları
* burun qanaxmaları
* müxtılif ginelokoji xəstəliklər.
Qanaxmalar itirilən qanın xarakter xüsusiyyətindən asılı olaraq arterial, venoz və kapillyar qanaxmalara bölünür. Ən şiddətli qanaxmalar arterial qanaxmalar hesab edilir. Bu zaman qan şiddətlə axır və daha ağır nəticələrə səbəb olur.
Qanitirmə zamanı orqanizmdə baş verən dəyişikliklər qanaxmanın növündən, inkişaf sürətindən, cinsiyyətdən, yaşdan, orqanizmin qanitirməyə olan dayanıqlılığından və qanitirmənin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Qanın 25-30%-nin itirilməsi orqanizmdə ciddi dəyişikliklərin əmələ gəlməsinə, 50-60%-nin itirilməsi isə ölümə səbəb olur.
Qanitirmə zamanı baş verən ölümün səbəbi tənəffüs sistemində baş verən iflicdir.
Qanitirmənin müalicəsi qanaxmanın növündən asılı olur. Çoxlu qanitirmiş xəstəyə donoq qanı və qanəvəzedilicər köçürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qanitirmə" haqqında müzakirə