Qəfil ölümlərin əsas səbəbkarı - Miokard İnfarkt

  • Müəllif: elnare
  • Tarix: 3 aprel 2021
  • Baxış sayı: 613
  • 0 rəy

40-60 yaşlarda miokard infarktı kişilərdə daha çox  müşahidə olunur, bu da aterosklerozun erkən inkişafı ilə bağlıdır. 55-60 yaşdan sonra hər iki cinsin nümayəndələri arasında xəstəliyin yayılma tezliyi demək olar ki, bərabərləşir. Miokard infarktında letallıq göstəricisi 30—35% təşkil edir. Statistik məlumatlara əsasən qəfləti ölümlərin 15—20%-i miokard infarktı səbəbindən baş verir.
Miokardın qan təhcizatının 15-20 dəqiqə və daha artıq zaman ərzində pozulması ürək əzələsində geridönməyən dəyişikliklərin inkişafına və ürəyin funksional pozğunluqlarına gətirib çıxarır. Kəskin işemiya funksional əzələ hüceyrələrinin bir hissəsinin ölümü və onların sonradan birləşdirici toxuma lifləri ilə əvəz olunması – postinfarkt çapığın formalaşması ilə  nəticələnir.
Miokard infarktının inkişafından sonra ilk 24 saat ərzində təcili balon koronar angioplastikası və ya trombolizis yolu ilə perfuziya  bərpa oluna bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qəfil ölümlərin əsas səbəbkarı - Miokard İnfarkt" haqqında müzakirə