YUMURTALIQLARIN POLİKİSTOZU
YUMURTALIQLARIN POLİKİSTOZU
Yumurtalıqların polikistozu termini altında neyromübadilə pozuntuları, hipofizin qonadotrop hormonlarının sekresiyasının tənziminin pozulması fonunda yumurtalıqların struktur və funksional dəyişiklikləri başa düşülür.
Xəstəliyin 2 forması ayırd edilir: yumurtalıqların birincili polikistozu və ya həqiqi polikistozu sərbəst nazoloji forma kimi cinsi yetişkənlik dövründə baş verir. Yumurtalıqların ikincili polikistozu adreogenital sindrom, İtsenko Kuşing sindromu, hiperprolaktinemiya və digər müxtəlif endokrinopatiyaların nəticəsi kimi baş verir.
Diaqnostikası:
Exoqrafiyanın və hormonal müayinələrin nəticələrinə əsaslanır. Yumurtalıq polikistozunun exoqrafik kriterilərinə yumurtalıq ölçülərinin artması, diametrin 3-8 mm olan və 8-10 follikulyar kistaların olması və stromal sıxlığın yüksəlməsi aiddir. Laproskopik müayinə zamanı tipik mənzərə aşkar edilir, hamarlaşmış ağ kapsul, səthində şaxələnən kiçik damarlar, yumurtalıqların uzununa 5-6 sm, eninə 4 sm böyümüş, xırda follikulyar kistalar yumurtalıq qabığının qalınlaşması səbəbindən görülür. Bu dəyişiklilər üçün ağlı qişanın sklerozu, stromanın hiperplaziyası, follikulların kistozatreziyası, bəzi hallarda follikul hüceyrələrinin lüteinləşməsi, sarı cismin olmaması kimi histoloji mənzərə səciyyəvidir.
Müalicə:
Medikamentoz – dərman müalicəsi və cərrahi yolla aparılır. Dərman müalicəsi məqsədi ilə ovulyasiya induksiya edən preparatlar təyin edilir. Preparat esterogen hormonlarının blokadasını yaradır. Yumurtalıqda androgen sintezinin tormozlanması, hipertrixosun azaldılması məqsədilə aktiv antiandrogen və esterogen tərkibli kombinə edilmiş preparatlar aybaşı tsiklinin 5-ci günündən 25-ci gününə qədər 6 ay ərzində təyin edilir. Bundan başqa piylənmənin aradan qaldırılması vacib şərtdir. Bununçün qidada yağların, karbohidratların azaldılması, ciddi pəhriz fiziki hərəkətlər təyin olunması məsləhət görülür. Bədən kütləsinin 5% -ə qədəri itirildikdə ovulyasiya prosesinin normallaşması müşahidə olunur. Medikamentoz müalicə effektsiz olduqda cərrahi müalicə metodları tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"YUMURTALIQLARIN POLİKİSTOZU" haqqında müzakirə