Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları
Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir:
* yumurtalıqların birinin olmaması
* qonod disgenezi
* sklerokistoz yumurtalıqlar.
Yumurtalıqların birinin olmaması anadangəlmə patologiya sayılır və təsadüfi hallarda rast gəlinir.
Sklerokistoz yumurtalıqlar zamanı müxtəlif səbəblərdən yumurtalıqların sklerozlaşıb kistoz törəməyə çevrilməsi müəyyən edilir. Xəstəlik enzim sistemlərin yararsızlığı üzündən yumurtalıqlarda cinsiyyət hormonlarının sintezinin pozulmasından ibarətdir. Bu xəstəlik irsi xarakter daşıyır. Sklerokistoz yumurtalıqlar sindromu zamanı aşağıdakılar baş verir:
– aybaşının olmaması
– tüklənmənin artması
– sonsuzluq.
Müalicə konservativ və operativ yolla aparılır.
Qonod disgenezi (Şereşevski Terner sindromu) genetik yaranan xəstəlikdir. Bu xəstəlik xromosomların sayının pozulması ilə əmələ gəlir. Bu yumurta toxumasının ilkin çatışmazlığıdır. Qonod diskenezinin səbəbi infeksion xəstəliklər və embrion qonadının diferensasiyası dövründə əmələ gələn hamiləlik intoksikasiyasıdır. Bu xəstəlik zamanı qızların boyu artmır və əqli inkişafdan qalırlar. Bu zaman qızların digər orqan və sistemlərində də müxtəlif qüsurlar meydana çıxa bilir. Qonad diskinezi aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* ilkin amenoreya
* cinsi əlamətlərin olmaması
* uşaqlığın inkişafdan qalması
* xarici cinsiyyət orqanlarının inkişafdan qalması
* süd vəzilərinin inkişafdan qalması
* cinsiyyət tüklərinin olmaması.
Qonad diskinezinin müalicəsi zamanı endokrin pozulmaların cinsiyyət hormonu preparatlarından istifadə edilir.
Müayinə zamanı USM və hormonal müayinənin nəticələri əsas götürülür.
Müalicə ginekoloqlar tərəfindən aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları" haqqında müzakirə