Amenoreya

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 792
  • 0 rəy

Amenoreya-aybaşının 6 aydan çox olmaması deməkdir.
Həqiqi vəyalançı amenoreya ayırd edilir. Həqiqi amenoreya, yumurtalıqların hormonal funksiyası kəskin boğulmuş və endometriada sikliki dəyişikliklərin həyata keçirilməsi mümkün olmadıqda müşahidə edilir.
Yalançı amenoreya yumurtalıqlarda, uşaqlıqda və bütün orqanizmdə aybaşı qanı xaricetmənin olmaması ilə səciyyələnir.
Həqiqi amenoreya fizioloji və patoloji olur:

1) uşaq yaşlarında (cinsi yetişkənliyə qədər)

2) hamiləlik vaxtı

3) uşağı döşlə əmizdirən dövrdə

4) menopauza dövründə
Patoloji həqiqi amenoreya birincili və ikincili ola bilər. Birincili amenoreyada cinsi yetişkənlik dövründə olan qadında aybaşı tamamilə olmur. Əvvəllər aybaşı olan qadında baş verən amenoreya isə ikincili adlanır.
Səbəbləri:
Amemoreyanın baş vermə səbəbləri müxtəlifdir.Birincili amenoreya genetik olaraq orqanizmin, cinsiyyət sistemininin, zədələyici amillərin uşaq yaşlarında və cinsi yetişkənlik dövründə təsiri nəticəsində baş verir.
İkincili amenoreyayanın meydana çıxmasına səbəb anadangəlmə cinsiyyət sisteminin yararsızlığı, cinsi yetişkənlik dövründə keçirilən xəstəliklər, travmalar, intoksikasiyalar və s. ola bilər.
Simptomları:
Qadınlarda aybaşının kəsilməsi sinir sistemi pozğunluqları və narahatlıq əmələ gətirir. Uzun sürən amenoreya cinsi həvəs hissinin azalması və ya tamam yox olması, generativ funksiyasının azalması ilə müşayiət olunur.
Tez-tez vegetativ və damar pozğunluqları,qəflətən istilik və beyinə qanaxma hissi, döşdə sıxıntı, ürək döyünmə, hərarətin soyuması, tərləmə, dispeptik hallar baş verir.
Diaqnostikası:
Diaqnozu ginekoloq tərəfindən müxtəlif müayinələr vasitəsilə qoyulur.
Müalicəsi:
Mualicəsi xəstəliyi törədən səbəbləri aradan qaldırmaqla ginekoloq tərəfindən aparılır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Amenoreya" haqqında müzakirə