Hemorragik insult
Hemorragik insult
Etiologiyası:
Ən çox rast gəlinən səbəbləri – hipertoniya xəstəliyi, simptomatik arterial hipertenziya və anadangəlmə damar anomaliyaları, daha çox beyin damarlarının anevrizması ola bilər. Qanın laxtalanmasının pozulmaları fonunda hemorragik insult inkişaf edə bilər.
Patogenezi:
Hemorragik insult əsasən arterial təzyiqin artması səbəbli damarların partlaması nəticəsində inkişaf edir və hematoma əmələ gəlməsinə gətirib çıxarır. Buna damar divarının təbəqəiəşməsi, nazikləşməsi, anevrizmin əmələ gəlməsi, anadangəlmə anevrizm, digər damar anomiyaları və damar divarının dağılması səbəb ola bilər. Nadir hallarda isə qansızma damar divarının keçiriciliyinin pozulması nəticəsində baş verir. Bu zaman damar divarının keçiriciliyi artır, plazmanın və qanın formalı elementlərinin süzülməsi baş verir. Damarda qanın hərəkəti ləngiyəndə, damarın genişlənməsi zamanı da beyində anevrizma əmələ gələ bilir. Xırda qansızmalar birləşərək çox da böyük olmayan hemorragik ocaqlar əmlə gətirir.
Hemorragik insultlar zamanı hematoma tipli qansızmalar baş verir. Hemoragik tipli qansızma xırda damarların diapeduz yolu ilə yaranır.
Klinikası:
Hemorragik insult, həyəcanlanma, fiziki gərginlik və yorulma zamanı qəfindən meydana çıxır. Bəzən insultdan əvvəl üzə qan gəlmə, intensiv baş ağrısı, əşyaların qırmızı rəngdə görünməsi ola bilir. Bu çox vaxt kəskin baş ağrısı, qusma, tənəffüsün tüzləşməsi, ürəkdöyünmə, birtərəfli iflic və ya parez, şüurun pozulması əlamətləri ilə səciyyələnir.
MÜAYİNƏSİ: Xəstəliyin əlamətlərinə və KT müayinəsinin nəticələrinə əsasən aparılır.
MÜALİCƏSİ: Müzlicəsində qandurulducu və beyin qan dövranını yaxşılaşdıran, simptomatik preparatlardan istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hemorragik insult" haqqında müzakirə