Xoşbəxt olmaq çətin deyil
Xoşbəxtliyi tanımaq və hiss etmək çox çətindir, buna görə də çoxları xoşbəxt olduğunun fərqində belə deyil. Xoşbəxtlik müvəqqəti bir hiss deyil. Onu məclislərdə deyib-gülməklə, hədiyyə almaqla, turist səfərlərinə getməklə əldə eləmək olmaz. Zövqün arxasınca getmək, xırda hisslərlə yaşayıb, güzaranı yaxşı keçirmək xoşbəxt olmaq deyil. Əslində xoşbəxt olmaq üçün çox şey lazım deyil, sadəcə olaraq gündəlik ehtiyacların qarşılanması müasir zəmanəmizdə insanı xoşbəxt edə bilir. Bəs gündəlik ehtiyac dedikdə nələr başa düşülür?
İnsan xoşbəxt ola bilər, xoşbəxt olmalıdır və xoşbəxt olmağı qarşısına məqsəd qoymalıdır. Bəs xoşbəxt olmaq üçün nə etmək lazımdır?
Özünüz olun.
Kimsənin hərəkətlərini, yerişini, sözlərini təkrarlamağa çalışmayın. Çalışın özünüz kimi olun. Özünüzü sevin, amma “mənim tayım bərabərim yoxdu” deyə düşünməyin. Başqasının ayaqqabısını geyinib, onun yerişini yeriməyə çalışmayın.
Səxavətli olmaq.
Bütün insanlar hədiyyə aldığı zaman sevinirlər. Hədiyyənin kiçik və böyük olduğundan asılı olmayaraq bütün insanlar onu qəbul edəndə özlərini xoşbəxt hiss edirlər. Siz çalışın ətrafınızdakılara hədiyyə verin, onlara özlrini xoşbəxt hiss etdirin. İnanın ki, siz ətrafınızdakıları nə qədər xoşbəxt etsəniz, özünüz də bir o qədər xöşbəxt olacaqsınız.
Qiymətləndirməyi bacarın.
Sürətlı inkişaf edən bir dünyada yaşıyırıq və zamanın necə gəlib keçdiyini hiss etmirik. Çox vaxt ətrafımızda baş verən hadisələrin nə vaxt başlayıb, nə zaman qurtaracağından məlumatımız olmur. Özünüzü xoşbəxt hiss etmək üçün dayanın, ətrafınıza diqqətlə nəzər yetirin. Həyatın rənglərini, ətrafınızdakı gözəllikləri kəşf etməyə çalışın.
Gününüzü gözəlləşdirin
Bəzən gününüz yorucu və stressli ola bilər. Siz yenə də çalışıb zehninizi və ruhunuzu xoş tutub bu vəziyyətin öhdəsindən gələ bilin. Yorğunluğun və mənfi emosiyaların sizə təsr edəcəyinə yol verməyin. Zehninizi təzələyərək könlünüzü xoş tutmağa çalışın və xoşbəxt olun.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xoşbəxt olmaq çətin deyil" haqqında müzakirə