Oynaq ağrıları və sağlamlığı üçün məsləhətlər
Əl, qol, bilək, diz, topuq və digər oynaqlarda problem yarananda bu reseptdən istifadə etmək olar.
0,5 kq mum soyuducuya qoyularaq dondurulur, həvəngdəstədə əzilərək toz halına salınır, qazana tökülərək əridilir, tam əriyib qurtarandan sonra ocaq söndürülür, toz formada 100 qram propolis əlavə edilərək qarışdırılır, mum yavaş-yavaş bərkiyib əvvəlki formasını alır. Dizdə problem olduqda təxminən 100 qram götürülərək qaynatmadan yavaş-yavaş əridilir, sonra kağız üzərinə yayılaraq parafin kimi oynağa yapışdırılır, üzəri pambıq parça ilə bağlanır, mum bərkidicə dəridən qopur. Müalicənin daha da səmərəli olması üçün mumu oynaq üstünə qoyan kimi təxminən 10-15 sm məsafədə yanan adi otaq lampasının altında saxlamaq lazımdır. Onda mum yavaş-yavaş bərkiyir və daha yaxşı təsir edir.
Prosedur 15-20 gün ərzində gündə 1 dəfə aparılır.
Üzündə civzə, qırış, sızanaq və aknelər olduqda da bu prosedurdan istifadə edə bilərlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Bursit
25 dekabr 2016
SİQARETİN ZƏRƏRLƏRİ
6 yanvar 2017
Yavaş yeməyin 5 faydası
5 yanvar 2017
Oruc tutanlar üçün sağlam qidalanma
29 dekabr 2016
Körpəni necə çimizdirməli?
2 yanvar 2017
Sizofreniyanın əlamətləri
14 yanvar 2017
Praqa tortu
15 yanvar 2017
"Oynaq ağrıları və sağlamlığı üçün məsləhətlər" haqqında müzakirə