Kələmin faydaları

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 3 429
  • 0 rəy

Ağ  kələmin tərkibi demək olarki insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir.
Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə – V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Kələm suyunu +2*C-də ancaq 1 gün saxlamaq olar. İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmədə həmin yerə kələm qoyulur. Kök və kələm suyu qarışığı vitamin C-nin əla mənbəyini təşkil edir. Beləki, bu da paradantozun yaranmasına səbəb olan bəzi damaq xəstəliklərinin qarşısını alır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kələmin faydaları" haqqında müzakirə