Orqanizmdə vitamin C çatışmazlığı
C vitaminin çatışmazlığı zamanı nələr baş verir?
C vitamini çatışmazlığının səbəb olduğu xəstəlik sinqa xəstəliyidir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
– zəiflik
– halsızlıq
– ayaqlarda ağrı
– diş əti qanaxmaları
– qinqivit
– əmək qabiliyyətinin itməsi
– dəridə rəngli qabarcıqlar.
Bunlardan başqa xəstənin aşağı ətraflarında hemoratik qansızmalar baş verir, bədənin temperaturu aşağı düşür. Xəstəlik vaxtında müalicə olunmazsa, aşağı ətraflarda yaralar meydana çıxır və yaralar infeksiyalaşır. Xəstəliyə diaqnoz qoymaq üçün sidiyin və qanın ümumi analizləri verilir. Vitamin C çatışmazlığı zamanı sidikdə C vitamini elementlərinin, orqanizmdən xaric olunması müəyyən edilir.
Müalicə həkim tərəfindən təyin edilir. Xəstəyə sutkada nə qədər vitamin C vurulacağını həkim təsdiqləyir. Bundan əlavə xəstəyə tərkibində bol miqdar vitamin C olan meyvələr və bitki çayları məsləhət görülür. Xəstənin qidası zülallarla zəngin olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Orqanizmdə vitamin C çatışmazlığı" haqqında müzakirə