Həyəcan, depressiya və ürək pristuplarının əmələgəlmə riskini aradan qaldıran, maqniumla zəngin qidalar

  • Müəllif: elnare
  • Tarix: 4 fevral 2019
  • Baxış sayı: 2 045
  • 0 rəy

Yata bilmirsiniz? Sizdə əzələ qıcolmaları və ya stress var? Maqnium sizin bu problemlərinizi aradan qaldıracaq, yuxusuzluq, stress, narahatçılıq və iltihabi problemlərdən azad olacaqsınız. Maqnium optimal sağlamlıq və bioloji funksiyaların həyata keçməsi üçün vacıb olan elementdir. Orqanizmdəki bioloji funksiyaları yerinə yetirmək üçün 300-dən çox ferment lazımdır. Bu fermentlər biokimyəvi prosesslərin həyata keçməsi üçün çox vacibdir və metobolik funksiyaları normallaşdırır. Bu funksiyalara aiddir:
*Sümüklərin və dişlərin formalaşması
*Qanda şəkərin və insulin həssaslığının normallaşması
*Adenozintrifosfatın yaranması(ATF)
*Qan damarlarının relaksı
*Əzələ və sinirlərin funksiyası.
Maqnium çatışmazlığı sağlamlığa ciddi zərər verir. Maqnium hüceyrələrinin çatışmazlığı metobolik funksiyaların zəifləməsinə və sağlamlıqla əlaqədar problemlərin meydana çıxmasına səbəb olur. Maqnium çatışmazlığı həyəcana, stresə, baş ağrılarına, miqrenə, ürək-damar xəstəliklərinə, fibromialgiyaya və ölümcül hallara səbəb ola bilir. Maqnium orqanizmin qlutasiondan başqa bütün detoksikasiya proseslərinə nəzarət edir. Maqnium mitoxundrinin optimallaşması üçün lazmdır. Bu isə xərçəngin profilaktikası, ümumi fiziki gücün və enerjinin effektliyi üçün vacibdir.
Mitoxondrinin sağlamlığı üçün maqniumun vacibliyi.
Mitoxondrin hüceyrələrdə olan bir maddədir. Orqanlarda enerjinin, ATF–in normal işləməsi üçün mitoxundrinə ehtiyac var. Sağlam fiziki iş görmək üçün və xəstəliyin profilaktikasında mitoxondrinin rolu böyükdür.
Mitoxondrinal araşdırmalar üzrə fəlsəfə doktoru Ronda Patrik orqanizmin sağalmalığında mitoxondrinin böyük rolu olduğunu qeyd edir. Onun araşdırmaları mitoxondrinin hüceyrədaxili enerji əmələ gətirmək qabiliyyətinin olduğunu sübut edib.

Orqanizmin təlabatını ödəmək üçün nə qədər maqnium lazımdır?
Yüz il əvvəl insanların gündəlik qidasında 500 mq-a yaxın maqnium olub. Bu onların qəbul etdikləri qidaların zəngin torpaqlarda yetişdiyi üçün olub. İndi isə insanlar gün ərzində qəbul etdikləri qida ilə 150-300 mq maqnium qəbul edirlər. Mütəxəssislərin hesablamaları gün ərzində oprqanizm üçün 310-420 mq maqnium lazım olduğunu söyləyirlər. Bəzi mütəxəssislər isə optimal sağlamlıq üçün gün ərzində 600-900 mq maqnium lazım olduğunu söyləyirlər.
Doktor Karolin Din bağırsaq reaksiyasından marker kimi istifadə edərək gündəlik dozanı tapmağın yolunu göstərib. O gün ərzində 200 mq ispanaq yeməklə tədricən onun miqdarını artırıb, orqanizmin maqniuma olan tələbatını ödəməyi məsləhət bilir. Bu miqdar bağısaq möhtəviyyatını yumşaldıb ishal baş verənə qədər davam etməlidir. Maqnium əvəzinə əlavə kimi trenat maqnium da qəbul etmək ən yaxşı variantlardan hesab olunur.

Risk faktorları, əlamətləri və maqnium çatlşmazlığının simpotomları.
Tərkibində maqnium olmayan qidalar qəbul etmək maqnium çatışmazlığına səbəb olur. Maqnium əsasən xlorofil molekullarında olduğuna görə gün ərzində göyərti yeyən adamın maqnium ehtiyacı nisbətən bərpa olunur.
Bəzi tərkibli dərmanların qəbulu zaman da orqanizmdə maqnium çatışmazlığı meydana çıxır(ftorid, statinlər, antibiotiklər). Uzun müddət stress altında olmaq, spirtli içki qəbul etmək də maqniumun azalmasına səbəb ola bilir. Maqnium çatışmazlığı özünü əzələ spazmları, miqren, baş ağrıları, zəiflik, ürəkbulanma, iştahanın azalması, baş hərlənmə, ürək ritmlərinin pozulması, koronar spazmlar və xasiyyətin dəyişməsi əlamətləri ilə biruzə verir.
Hansı qidaların tərkibi maqniumla zəngindir?
Maqniumun çox olması tərəvəzin tünd yaşıl rəngdə olmasından asılıdır. Göyərti şirəsi işmək maqnim çatışmazlığınlı aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir. Aşağıdakı bitkilərin yarpaqlarında maqnium çoxdur:
- Yaşıl kələm yarpaqları
- Çuğundur yarpaqları
- İsveç manqoldu
- Xiyar yarpağı
- Brüssel kələmi
- Brokkli kələmi
- İspanaq
Maqniumla zəngin olan digər qidalar:
- kakao tozu,
- avokado,
- meyvə və tərəvəzlər,
- ləpələr və qozlar,
- bitkilər və ədviyyatlar(cəfəri, acı bibər toxumu, fenxel, cirə).
Maqnium əlavəsi qəbul edərkən onu K2 və D vitaminləri ilə kompensasiya etmək lazımdır. Qida əlavəsi qəbul edərkən onların orqanizmdə bir-biri ilə qarşılıqlı təsirini də araşdırmaq lazımdır. Məsələn, K2, D və maqnium disbalansının pozulması insult riskinin artmasına səbəb olur.
Ən yaxşı hal kalsium və maqniumun 1: 1 nisbətində balanslaşmasıdır. Qəbul etdiyiniz kalsiumun miqdarı normadan 2 dəfə çox olarsa o zaman kalsiumlu qidaları rasiondan çıxrmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Həyəcan, depressiya və ürək pristuplarının əmələgəlmə riskini aradan qaldıran, maqniumla zəngin qidalar" haqqında müzakirə