Siz özünüzdə mineral çatışmazlığı olduğunu bilmək istəyirsinizmi? Oxuyun və özünüz təyin edin!
Siz özünüzdə mineral çatışmazlığı olduğunu bilmək istəyirsinizmi? Oxuyun və özünüz təyin edin!
Əgər sizin qolunuzda səpgilər, dırnaqlarınızda qopmalar və baş ağrılarınız varsa o zaman aşağıakılara diqqət yetirin.
Orqanizminizdə mineralların az olmasını bilmək üçün həkim olmağa ehtiyac yoxdur. Siz bu çatışmazlığı özünüz də təyin edə bilərsiniz.
Mineralların orqanizmdə normadan az olması özünü müxtəlif patoloji əlamətlərlə göstərir. Qida rasionunda mineralların az olması və ya mineralların orqanizmdən pis sorulması öz əlamətləri ilə meydana çıxır.
Əgər insanda maqnium çatışmzlığı varsa o zaman baş ağrıları meydana çıxır. Bu da 75% insanlarda baş verir. Maqniumun çatışmazlığı özünü əzələ spzmları və baş ağrıları ilə göstərir. Sizdə oxuduqlarınız əlamətlər varsa o zaman tərkibində çoxlu maqnium olan qidalarla qidalanın. Bu zaman baş ağrılarından və əzələ spazmlarından xilas olacaq və sağlam yaşayacaqsınız. Hər bir mineral özünəməxsus şəkildə patologiyalar əmələ gətirir.
1 Sink çatışmazlığı və sızanaqlar
Sızanaqlar orqanizmdə sinkin çatışmazlığından əmələ gəlir.Üzdə, kürəklərdə, çiyinlərdə, döşlərdə və qarın bölgədə olan sızanaqlar orqanizmdə sink mineralının çatışmazlığından meydana çıxır.
2 Maqnium çatışmazlığı və baş ağrıları
Stress və yorğunluq baş ağrılarına səbəb olur. Yorğunluq və stressin əmələ gəlmə səbəbi isə orqanizmdə maqniumun çatışmazlığıdır. Qida rasionunuza səhər yeməyi zamanı banan və kələm əlavə etsəniz bu əlaməti aradan qaldıra biləsiniz.
3 Kalsim,maqnium və əzələ spazmları
Əzələlərdə spzmların baş verməsi maqnium və kalsium çatışmazlığından meydana glir. Hər gün süd için və isti vanna qəbul edin. Vannaya ingilis duzu tökməyi yaddan çıxarmayın.
4 B7 və dırnaqların quruyub qopması, saçların ucunun haçalanması
Dırnaqlarda və saçlarda əmələ gələn quruluq və keyfiyyət pozuntuları B7 vitamininin çatışmazlığından meydana gəlir. Hər gün qida rasionunuza badam, maya və pendir əlavə etsəniz bu problemi aradan qaldıra bilərsiniz.
5 Dəmir çatışmazlığı və zəif saçlar
Əgər saçlarınızı daradıqda saç tökülməsi, saçlarınızda saçqıranlar müşahidə edirsinizsə o zaman sizdə dəmir çatışmazlığı var.
6 Dırnaqlarda ağ ləkələr
Dırnaqlarda ağ ləkəlrin olması orqanizmdə yağ turşularının çatışmazlığının göstəricisidir. Orqanizmdə yağ turşularının az olması dırnaqların başlanğıc hissəsində ağ ləkələrin əmələ gəlməsinə səbəb olur. Əgər sizdə belə hal müşahidə edilərsə o zaman qida rasionunuzdan tərkibində Omeqa3 yağları olan qidaları əskik etməyin. Omeqa3 yağı balıq və balıq məhsullarında, balıq yağında və qozda olur.
Oxuduqlarınızı bəyəndinizsə o zaman dostlarınızla paylaşıb onları da məlumatlandırın
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Siz özünüzdə mineral çatışmazlığı olduğunu bilmək istəyirsinizmi? Oxuyun və özünüz təyin edin!" haqqında müzakirə