İnsulin
İnsulin hormonu mədəaltı vəzin hormonudur. Bu hormonun çatışmazlığı orqanizmdə şəkərli diabet xəstəliyinin meydana çıxmasına səbəb olur.
İnsulinin tərkibində 51 aminturşusu qalığı daxildir. O suda və 80%-li spirt məhlulunda həll olur. İnsulinin sekresiyası emiositoz yolu ilə baş verir. İnsulinin sekresiyasının tənzimində mikroelementlərin, mədə-bağırsaq sisteminin hormonabənzər maddələrin, qlükaqonun, somatotrop hormonun, böyrəküstü vəz hormonlarının, ciftin laktogen hormonunun,ekstrogenlərin,simpatik və parasimpatik sinir sisteminin və başqa amillərin rolu böyükdür.
İnsulin karbohidrat, lipid, zülal, su və elektrolid mübadiləsində iştirak edir. Buna görə də insulini maddələr mübadiləsinin universal tənzimləyicisi adlandırırlar. İnsulin qlükoliz prosesini və metobolizmin aralıq məhsullarının oksidlşməsinin sürətlənməsində iştirak edir. Onun təsiri nəticəsində yaranan enerjinin bir hissəsi biosintez proseslərinə sərf etdiyinə görə toxumaların inkişafı sürətlənir.
İnsulinin orqanizmə təsirinin ən aydın müşahidə edilən əlamətlərindən biri hipoqlikemiyadır. Bu hormon əzələ toxumasında, piy depolarında, qaraciyərdə və başqa toxumalarda qlikoliz prosesini stimulyasiya etməklə qanda şəkərin azalmasına səbəb olur. İnsulinin şəkər mübadiləsinə təsirinin əsas mexanizmlərindən biri heksokinaza və qlükokinaza fermentlərinin fəallığını stimulyasiyası ilə əlaqədardır.
İnsulin əzələ və piy toxumalarında qlükozanın sərf edilmə sürətinə təsir edir. Onun çatışmazlığı endokrin sistemin geniş yayılmış xəstəliklərindən olan şəkərli diabetik əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İnsulin" haqqında müzakirə