Maqniumla zəngin olan, depressiyanın, ürək pristuplarının və bir çox xəstəliklərin əmələgəlmə riskini azaldan 13 qida vasitəsi
Maqniumla zəngin olan, depressiyanın, ürək pristuplarının və bir çox xəstəliklərin əmələgəlmə riskini azaldan 13 qida vasitəsi
Siz gec yuxuya gedirsinizsə, depressiyadan əziyyət çəkirsinizsə, əzələlərinizdə qıcolmalar baş verirsə bu sizin orqanizminizdə maqniumun az olmasının göstəricisidir. Maqnium orqanizmdə optimal sağlamlığın və düzgün bioloji funksiyaların baş verməsində birbaşa rol oynayır. Əslində orqanizmin optimal sağlamlığını bərpa etmək üçün 300-dən çox fermentin olması lazımdır. Bu fermentlərin orqanizmdə olması bioloji proseslərin və həyati vacib mübadilə proseslərinin baş verməsinə səbəb olur. Bu proseslərə şağıdakılar aiddir:
- * sümüklərin və dişlərin formalaşması
- * qanda şəkərin miqdarının stimulyasiya edilməsdi və insulun həssaslığına nəzarət etmək
- * adenozintrifosfatın yaranması
- * qan damarlarının relaksasiyası
- * əzələ və sinirlərin funksiyası
Maqnium detoksikasiyanın və qlautationun sintezi üçün vacib sayılır. Maqnium mitoxondrinin sağlam qalması üçün, xəreçəngə qarşı orqanizmin müqavimətinin olması üçün, orqanizmin hərəkətinin və enerjisinin normal dərəcədə olması üçün vacibdir.
Mitoxondrin üçün maqniumun vacibliyi
Mitoxondrin hüceyrələrdə olur. Bütün orqanların normal işləməsi, enerjiyə olan təlabatın ödənilməsi, ATF-in inkişafı üçün mitoxondrinin olması vacibdir. Araşdırmalar zamanı mitoxondrinin əmələ gəlməməsinin və disfunksiyasının səbəbi orqanizmdə maqniumun olmamasıdır. Maqniumun olmaması orqanizmin fiziki gücünün və enerjisinin azalmasına səbəb olur.Orqanizmin nə qədər maqniuma ehtiyacı var?
Təxminən yüz il qabaq insanlar gündəlik qida rasionunda 500 mq maqnium qəbul ediblər. Bunun səbəbi isə onların qəbul elədiyi qidaların keyfiyyətli və münbit torpaqlarda yetişməsi olub. İndi isə insanların qida ilə qəbul etdikləri maqniumun gündəlik miqdarı 150-300 mq təşkil edir.Mütəxəssislər gündəlik maqnium qəbulunun 310-420 mq olduğunu söyləyirlər. Orqanizmin daha sağlam olması üçün isə orqanizmə gün ərzində 600-900 mq maqnium daxil olmalıdır.
Həkim Karolin Din bağırsağın orqanizmə lazım olan maqnium dozasını həzm etməsi üçün marker rolunu oynadığını qeyd edir. Gün ərzində 200 mq maqnium sitrat qəbul etmək və hər gün bir az da dozasını artırmaq bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Tərkibində maqnium olan qidaları qənub etməklə qida rasionuna maqnium əlavəsi qatmaq hüceyrə membranının və hematoensefalik baryerin möhkəmlənməsinə yardım edir.
Maqnium çatışmazlığı, əlamətləri və risk faktorları
Tərkibində maqnium olmayan qidaların qəbulu maqnium defisitinin yaranmasına səbəb olur.
Maqnium çatışmazlığının baş verməsinə yuxusuzluq, bəzi dərman preparatlarının (ftoridlər, statinlər, antibiotiklər), stress və spirtli içkilərin qəbulu da səbəb olur.
Maqnium çatışmazlığı əzələ spazmlarına, miqrenə, baş ağrılarına, yorğunluğa, ürəkbulanmaya, qusmaya, iştahanın azalmasına səbəb ola bilir.
Hansı qidaların tərkibi maqniumla zəngindir?
Maqnium ən çox tünd-yaşıl tərəvəzlərin və göyərtilərin tərkibində olur. Göyərtilərin şirəsini sıxıb içmək maqnium çatışmazlığılnı aradan qaldıran ən yaxşı vasitə hesab edilir. Maqnium ən çox aşağıdakı qidaların tərkibində var:
- * yaşıl kələm
- * cuğundur yarpağı
- * pazı
- * xiyar yarpağı
- * brüssel kələmi
- * brokkoli
- * ispanaq
- * kakao
- * avokado
- * meyvə və tərəvəzlər
- * qoz
- * cəfəri, istiot, kətan toxumu
- * yağlı balıq
Orqanizmdə maqnium, kalsium, K2 və D vitaminin balanslaşması
Qida qəbul edən zaman onların orqanizmdə balanslaşdırılması sağlamlıq üçün çox vacibdiur. Məsələn, maqnium, K2 və D vitamininin düzgün balanslaşmaması infarkt riskini, ürək pristuplarının artması riskini və D vitamininin orqanizmdə toksikliyini artırır. Buna görə də orqanizmdə kalsiumla maqniumun miqdarı 1:1 nisbətində olmalıdır. Kalsiumun çox olduğu zaman tərkibində kalsium olan qidaların miqdarını azaltmaq lazımdır.Bu sahə üzrə mütəxəssis doktor Keyt Reyme-Bley hər 1000 ME D vitamini qəbulu zamanı 100 mikroqram K2 vitamini qəbul etmək lazımdır. Maqniumun yaxşı sorulması üçün isə D vitamininin qəbulu isə ildə 2 dəfədən çox olmamalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Maqniumla zəngin olan, depressiyanın, ürək pristuplarının və bir çox xəstəliklərin əmələgəlmə riskini azaldan 13 qida vasitəsi" haqqında müzakirə