Maraqlı tibbi faktlar( II hissə)
Şəkərli diabet endokrin xəstəliklərdən olub insulin hormonunun çatışmazlığı səbəbindən meydana çıxır. Bu zaman sidikdə şəkər(qlikozuriya) müşahidə eddilir. Mişel Şevrel bunun şəkər xəstəliyi zamanı sidikdə şəkərin olduğunu qeyd edən ilk həkim olub.
Normal halda sidikdə qlükozanın miqdarı 0,06 – 0,083 mmol/l olur.
Şəkərli diabetin aşkar edilməsi istiqamətində ilk tibbi ləvazimatlar 1923-cü ildə Eli Lilli kompaniyası tərəfindən “İletin” markası altında idxal edilib.
Eli Lilli kompaniyası haqqında da maraqlı faktlar qeydə alınıb. Belə ki, kompaniya Eksenatid preparatı hazırlayıb Baeta markası altında satışa çıxarıb.
Baeta şəkərsalıcı preparatdır. O qanda şəkərin miqdarını aşağı salmaqla şəkəri nəzarət altında saxlayır. Bu dərman II tip şəkərli diabet xəstəliyini nəzarət altına alır. Baeta 2005-ci ildən ixrac edilir. Onun hazırlanması və təcrübədən keçirilməsi üçün 5 il zaman tələb olunub.
Baeta(Eksenadit)EIİ Lilli və Amylin Pharmaceuticals kompaniyası ilə birgə istehsal edilib. İlk dəfə dərman hazırlandıqdan sonra dörd ay müddətində kərtənlələlər üzərində tətbiq edilib. Uzun müddət aparılan araşdırmalar isə Eksenatidin diabetlə mübarizədə ən güclü dərman olduğu öz təsdiqini tapıb.
Eli Liliinin yapon ortağı olan Takeda kompaniyası maraqlı Aktovigen preparatını istehsal edib. Aktovigen yüksək təsirli proteinəleyhinə hemodiazilat preparatdır. Bu preparat buzov qanının ultrafiltirasiyası yolu ilə əldə edilir. Altovigen diabetik polinevropatiyalarda, yanıqlar və yaralanmaların sağalması məqsədilə istifadə olunur. Aktovigenin əsas tərkibi buzov qanından ibarətdir. 2013-cü ilin oktyabr ayında aktovigen ən çox satılan 10 dərman siyahısına daxil olub.
Müxtəlif tibbi faktlar
XIX əsrdə Yorkşire(İngiltərə) şəhərində uşaqların öskürəkdən sağalması məqsədilə maraqlı müalicədən istifadə edilib. Bu zaman öskürən uşaqlara 10 qurbağadan hazırlanmış şorba içirdilib.
Stetoskop fransız həkimi Rene Laennek tərəfindən 1816-cı ildə tətbiq edilib. Həkim qulağını iri ölçüdə döşləri olan qadının sinəsinə dirəyərək ürək tonlarına qulas asa bilməyib və bu zaman ürək tonlarını dinləmək üçün aparat düzəltməyə qərar verib. Yunan dilindən tərcümədə stetoskop “ döşə baxan” deməkdir.
Qadın isteriyası – qadın emosiyalarının əsəbilik və qıcıqlandırıcı halı ilə müşahidə edilən vəziyyətidir. XIX əsrdə həkimlər qadın isteriyasının qadın orqanizmində meydana çıxacaq ciddi xəstəliklərin ilkin əlaməti olduğunu söyləyiblər. Bu xəstəliyin müalicəsini isə onlar qadının vaginal hissəsinin əllə massaj edilməsində görüblər. Bu üsul indi də qadın isteriyasının müalicə edilməsində böyük rol oynayır. Bu müalicəni müasir günümüzdə vibratorun köməyi ilə tətbiq edirlər.
XIX əsrdə elektrik sənayesinnin inkişafı elektrikin tibbdə tətbiq edilməsinə səbəb oldu. İndi elektrikli çarpayılardan və kəmərlərdən kişi impotensiyasını müalicə etmək üçün tətbiq edirlər.
“Bədlam” termini pis hərəkətlərin, dəliliyin sinonimi kimi işlənilir. Bu sözün tibbi tarixi var. 1337-ci ildə Londonun Betlem rayonunda müqəddəss Mariya Viflemskinin şərəfinə hospital açılıb. 1547-ci ildə isə bu hospital psixolnevroloji xəstəxana kimi fəaliyyət göstərməyə başlayıb və “ Betlem kral xəstəxanası “ kimi fəaliyyət göstərib (Bethlem Royal Hospital).
Ən uzunmüddətli əməliyyat cərrahi yolla yumurtalıq kistasının xaric edilməsi olub. Bu əməliyyat Amerikanın Çikaqo şəhərində 4 fevraldan 8 fevrala qədər davam edib (96 saat). Əməliyyatdan sonra xəstənin çəkisi 280 kiloqramdan 140 kiloqrama enib.
Tibbi statistikanın hesablamaları maraqlı bir faktı aşkarlayıb: araşdırmalara görə bazar ertəsi günü baş verən bel zədələnməsi ağrıları 25% hallarda, ürək tutmalarının sayı isə 33% halda meydana çıxır.
Ən çox qan tələbatı olan cərrahi əməliyyat 1970-ci ildə ABŞ-da həyata keçirilib. Bu zaman hemofiliya diaqnozu qoyulan xəstəni xilas etmək üçün 1080 litr qandan istifadə edilib.
Muəmmər Qəddafinin hakimiyyəti dövründə Liviyada saxta dərmanların hazırlanması və satışı ilə məşğul olanlar ölüm cəzası ilə cəzalandırılıblar. Qəddafi dövründə Liviya vətəndaşlarının xarici ölkələrdə tibb təhsili alması və tələbənin xərcləri dövlət tərəfindən həyata keçirilib.
Gün ərzində 5 ədəd qoz yemək insan ömrünün 7 il uzanmasına səbəb olur. Bunu Kaliforniya alimləri sübut edib. Qozun tərkibində olanlar ürək və damar xəstəliklərinin əmələ gəlməsinə səbəb olan xolesterinin miqdarını azaldır.
1938-ci ildə Krasnoyarsk şəhərində müharibə veteranları üçün fəaliyyət göstərən hospitalda 75 yaşlı İvan Qerşavindən 380 qram ağırlığılnda böyrək daşı xaric edilib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Maraqlı tibbi faktlar( II hissə)" haqqında müzakirə