Palma yağının faydaları və zərərləri

  • Müəllif: elnare
  • Tarix: 22 iyun 2018
  • Baxış sayı: 2 565
  • 0 rəy

Palma yağını Afrika palmasının meyvələrindən əldə edirlər. Afrika palmasının yetişdirilməsi ilə 5 min il əvvəllərdən məşğul olunub. Onun keyfiyyətli xüsusiyyətlərindən isə ilk dəfə Qədim Misirdə faydalanmağa başlanılıb. İlk dəfə XVIII əsrdə Afrika palması Avropa ölkələrinə gətirilmiş və o zamandan onun faydalarından istifadə edilməyə başlanmışdır. İndi palma yağından geniş istifadə edilir. Bu yağın eksportu ilə ən çox Malaziya və İndoneziya ölkələri məşğul olur. Palma yağını ən çox Latın Amerika, Cənub-Şərqi Asiya və bəzi Avropa ölkələri qida rasionuna daxil edirlər. Palma yağının əldə edilmə prosesində 3 növ palma yağı əldə etmək olur. Tərkibində stearin olan və texniki məqsədlərlə istifadə edilən palma yağı, yağ-piy sənayesində istifadə edilən klassik yağ və olein yağı.
Keyfiyyətli palma yağı narıncı-qırmızı rəngdə və qatı olur. Onu dondurduqda kreməbənzər şəkil alır. Bu yağ 30* -dən yuxarıl temperaturda maye şəkildə olur. Soyuq temperaturda isə palma yağı krem şəklində olur və onu marqarin ya da kərə yağı ilə qarışıq salmaq olur.
Qida sənayesində tətbiqi
Palma yağından Avropa və Cənub-Şərqi Asiya ölkələrinin mətbəxində istifadə edilir. Bu yağdan salatların, qarnirlərin, şorbaların, balıq və ət məhsullarının hazırlanması zamanı istifadə edilir. Həmin ölkələrin milli mətbəxində palma yağından geniş istifadə olunur. Qırmızı palma yağı orqanizm üçün lazım olan karotinoidlər, A, E, D, K vitaminləri, fosfolopidlər, fitosterollar, skvalen, maqnium və bəzi milerallar var. Palma yağının tərkibində olan karotinoidlərin miqdarı yerkökü yağının tərkibində olanlardan 16 dəfə, tomatın tərkibində olandan 48 dəfə çoxdur. Palma yağının tərkibində olan lütein gözün görmə qabiliyyətinin yaxşılaşmasına səbəb olur. Onun tərkibinddə olan A və E vitaminləri orqanizmə antioksiddant təsir göstərir. Palma yağının tərkibində təbii antioksidant ubixinon (Q10 kofermenti) var. Bu orqanizmdə enerji mübadiləsinin baş verməsini sürətləndirir. Palma yağının tərkibində olan palmit, olein, linolen yağ turşuları, A, E vitaminləri, Q 10 ürək-damar sistemi fəaliyyətini yaxşılaşdırır. O əzələlərdə olan enerji mübadiləsini, arterial təzyiqi, ürək damarlarını və damar divarlarını möhkəmləndirir, tromb əmələgəlmənin qarşısını alır. Palma yağı damar divarlarında yığılıb qalan piy cisimciklərinin təmizlənməsinə səbəb olur, atereskleroz əlamətlərini aradan qaldırır, işemik xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur.
Həzm sisteminin iltihabi xəstəlikləri zamanı, öd kisəsinin diskineziyasında, mədə-bağırsaq xəstəlikləri zamanı, xolisistit, xolisistoxolangit xəstəlikləri zamanı Afrika palmasından əldə edilən yağdan istifadə etməkdə fayda var.
Şəkərli diabet xəstəliyindən və artıq çəkidən əziyyət çəkənlərə palma yağından istifadə etmək məsləhət görülür. Onun tərkibində olanlar menopauza zamanı osteoporoz əlamətlərinin azalmasına səbəb olur.
Uşaq qidalarına az miqdarda bu yağdan əlavə etmək uşağın beyninin yaxşı inkişaf etməsinə və görməsinin yaxşılaşmasına səbəb olur.
Sümük zədələnmələri, sınmalar, sümük xəstəlikləri, onurğa və oynaq xəstəlikləri, immunitet zəifliyi, onkoloji və emosional xəstəliklər zamanı palma yağından istifadə etməkdə fayda var.
Qəbizlik, düz bağırsaq çatları, uşaqəmizdirmə zamanı döş giləsində meydana çıxan çatları palma yağına batırılmış pambıqla sildikdə əlamətlər aradan qalxır. Ginekoloji xəstəliklər zaman palma yağına batırılmış pambıq tamponla uşaqlıq yolunu silməkdə fayda var.
Kosmetolojiyada istifadəsi
Tərkibində E vitaminin çox olmasına görə palma yağından piqment ləkələrinin aradan qalxması, qırışların açılması, qocalmanın qarşısını almaq üçün istifadə edilir. O dərini ultrabənövşəyi şüalanmadan qoruyur, dərinin hormonal disbalansının normallaşmasına səbəb olur. Palma yağı dərinin tonuslanmasına, yumşalmasına, elastikləşməsinə səbəb olur. O dəridəki qırışların açılmasına səbəb olur, dəridəki həssaslığı və iltihabi problemləri aradan qaldırır. Palma yağlı dəridəki quruluğu aradan qaldırmaq üçün əla vasitədir.
Dəridəki yorğunluq və qocalıq əlamətlərinin aradan qalxması üçün palma yağı ilə kokos yağını qarışdırıb dəriyə sürtmək lazımdır.
Palma yağının zərərli xüsusiyyətləri
Allergik xəstəlikləri olanlara, hamilə və südəmizdirən qadınlara palma yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmək tövsiyə edilir. Palma yağının tərkibində çoxlu miqdarda doymamış yağlar var. Alimlər çoxlu miqdarda palma yağından istifadə edənlərə ürək-damar xəstəlikləri riskinin çox olduğunu söyləyirlər. 
Palma yağı orqanizmə daxil olduqdan sonra xaric olma prosesi ləng getdiyinə görə orqanizmdə şlakların yığılıb qalmasına səbəb olur.
Palma yağından uzun müddət istifadə etmək xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Palma yağının faydaları və zərərləri" haqqında müzakirə