Kayen bibəri(Qırmızı, uzun, acı bibər) haqqında bilmədikləriniz
Qida sənayesində əsasən qırmızı, acı bibərin başqa ədviyyatlarla qarışımından istifadə edilir. Bu bibər Şərq, Meksika və Afrika ölkələri mətbəxinin ən məşhur ədviyyatı sayılır. Ondan ətlərin, sousların dadlandırılması məqsədilə istifadə edilir. Onu xörəklərə əlavə etdikdə xüsusi dad verir.
Kayen bibəri riboflovin, kalium, niatsin, dəmir və maqniumla zəngindir. Onun tərkibində E, A, C, B6, K, vitaminləri ilə doludur. Bu bibərdə xolesterin və natriumun miqdarı çox azdır. Tərkibində olan kapsaisin alkoloidi onun kəskin dada malik olmasına səbəb olur. Kayen bibəri karotinoidlərlə, xavitsinlə, efir yağları və yağ turşuları ilə zəngindir. Kayen bibəri təbiətin insanlara bəxş etdiyi müalicəvi təbii dərmanlardan biridir. O gözəl ədviyyat olmaqla yanaşı, həm də müalicəvi təsirə malikdir. Mütəxəssislər hər bir evdə kayen bibəri olmasını məsləhət bilir. Bibərin bu növü orqanizmə daxil olduğu andan qan dövranını yaxşılaşdırmağa başlayır, qidaların orqanizm tərəfindən mənimsənilməsini sürətləndirir. Kayen bibəri qanı təmizləyir və onun tərkibində olan zərərli maddələri neytrallaşdırır, immun sistemi möhkəmləndirir.
Kayen bibəri arteriya damarlarını təmizləmək qabiliyyətinə malikdir. O arteriya divarlarında yığılıb qalan və atereskleroza səbəb olan artıq maddələrin həll olmasına səbəb olur. Onun ürək-damar sistemi xəstəliklərinə olan faydası tibb elminə çoxdan məlumdur. Kayen bibəri ürək əzələsini möhkəmləndirərək ürəyin işini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Tarixdə ürək pristupları tutan zaman kayen bibəri yeyərək pristuplardan xilas olmaq kimi hadisələrə rast gəlinib. Qəribə görünsə də qırmızı, acı bibərin mədə yaraları zamanı faydası olduğu öz təsdiqini tapıb. Bu bibər prostat vəzi xəstəliklərinin sağalmasına yardım edir, qaraciyər fəaliyyətini sürətləndirir.
Kayen bibəri mikrob əleyhinə güclü təsir göstərir. O insan orqanizmini müalicə edir və heç bir yanaşı təsirə malik deyil.
Kayen bibəri yeyən zaman dırnaqlara və saç dərisinə qanın axını sürətlənir. Onu ağız boşluğuna qoyub dişləyən kimi ürəyə təsir etməyə başlayır. Bibər kapillyarları, venaları və arteriyaları genişləndirir və qanın yaxşı işləməsini təmin edir.
Kayen bibəri allergiya və əzələ spazmlarına qarşı mübarizə aparır. O orqanizmə güc, enerji, ruh yüksəkliyi bəxş edir. Kəskin bibər yaraların sağalmasını sürətləndirir və çapıq yerlərinin formalaşmasına səbəb olur.
Kayen bibərinin zərərli xüsusiyyətləri
Gün ərzində həddindən çox acı bibər yemək çox təhlükəlidir. Bu mədənin selikli qişasını yandıra bilər. Həddindən çox və daima acı bibər yeyən ölkələrin əhalisi mədənin yara xəstəliyindən və qaraciyər xəstəliklərindən əziyyət çəkir. Əsəbi gərgin, epilepsiyalı və tez əsəbləşən adamlara acı bibər yemək olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kayen bibəri(Qırmızı, uzun, acı bibər) haqqında bilmədikləriniz" haqqında müzakirə