Kalina(Lat. Vibumum) haqqında

  • Müəllif: elnare
  • Tarix: 28 may 2018
  • Baxış sayı: 1 948
  • 0 rəy

Kalina meşələrdə, sahələrdə və göl kənarlarında yabanı şəkildə bitən kol bitkisinin meyvəsidir. Onun yetişmə dövrü payız aylarında düşür və donuşluq başlayana qədər meyvələrin yetişməsi davam edir. Xalq təbabətində ondan geniş istifadə edilir. Don vuran meyvələrin isə şirinliyi daha da artıq olur.
Kalinanın yayılması
Bu giləmeyvənin vətəninin hara olduğu tatamailə dəqiqləşməyib. Kalina giləmeyvəsi əsasən Sibirdə, Qazağıstanda, Ukraynada, Qafqazda, Rusiyada və Kanadada yetişir. Kalina soyuğa, nəmişliyə, rütubətə davamlı bitkidir. Ona meşələrdə, göl və çay kənarlarında daha çox rast gəlmək mümkündür. Kalina may ayının sonunda, iyunun əvvəlində çiçəkləyir. Kalina haqqında müxtəlif xalqlarda müxtəlif cür əfsanələr və rəvayətlər danışılır. Slavyan xalqlarında kalina sevginin rəmzi, ailənin xoşbəxtliyi, qız gözəlliyi, məsumluq və toxunulmazlıq simvolu hesab edilir. Qədim zamanlarda slavyan xalqlarında gəlinin saçlarını kalina ilə bəzəyiblər. Hətta bir əfsanədə gənc qızın qəhrəmancasına öldüyü zaman kalina koluna dönməsi barədə rəvayət danışılır. 
100 qram kalina giləmeyvəsinin qida dəyəri:
- Zülal – 0
- Yağlar – 0
- Karbohidratlar – 7 qr
- Su – 86 qr
- Kalori dəyəri – 26 kKal.
Kalinanın ləti C və P vitaminləri ilə zəngindir. Ondan ən çox C və P vitamininin çatışmazlığında istifadə edilir. Onun tərkibi orqanik turşular, pektin, karotin və tininlə zəngindir. Kalina sidikqovucu xüsusiyyətə malikdir. Ondan ən çox böyrək fəaliyyətinin pozulması zamanı orqanizmdən suyu çıxarmaq məqsədilə istifadə edilir.
Tərkibində olan aseptik maddələr onun mədə və bağırsaqların yara xəstəliyinə olan faydasını artırır. Ondan fiziki gücün bərpa edilməsi zamanı, orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir.
Kalina çayı immuniteti qaldırır, orqanizmin xəstəliklərə olan davamlılığını yüksəldir. Bu məqsədlə 1 xörək qaşığı kalina meyvəsini 1 stəkan qaynar suda 1-2 saat saxlamaq və gündə 2 dəfə, hər dəfə yarım stəkan içmək lazımdır. Qurudulmuş kalina giləmeyvəsindən hazırlanan dəmləmə isə ateresklerozun, hipertoniyanın, qastritlərin, əzələ spazmlarının, kolitlərin, mədə-bağırsaq yaralarının sağalmasını sürətləndirir. Bunun üçün 20 qram qurudulmuş kalinanı 250 ml qaynar suda qaynatmaq, qaynayan kimi isə üstünü örtüb 4 saat saxlamaq lazımdır. Bu dəmləmə yeməkdən əvvəl 100 ml içilməlidir. Dəmləməni soyuduqdan sonra burun və dəri qanaxmalarına damızdırdıqda qanaxmalar dayanır. 
Soyuqlama və bronxit zamanı 40 qram kalina giləmeyvəsini və 200 qram balı qarışdırıb 50* qızdırdıqdan sonra gündə 4 dəfə, hər dəfə 1 xörək qaşığı içmək lazımdır. Bal qarışımını içməzdən əvvəl ağılz boşluğunda bir müddət saxladıqda isə o ağız suyu ilə qarışaraq daha da təsirli olur. Təzə çəkilmiş kalina şirəsi bronxial astma, ürək və qaraciyər xəstəlikləri zamanı çox faydalıdır. Ağız boşluğu xəstəlikləri zamanı da kalina şirəsinin ağızda saxlamaq stomatit, diş qanaxmaları, angina, ağız boşluğunun müxtəlif xəstəliklərinin müalicəsində istifadə etməkdə fayda var. Hamiləlik zamanı kalinadan istifadə eləmək qırmızı qan hüceyrələrinin miqdarını artırır, hemoqlobini yüksəldir. Mütəxəsislər hamiləliyin ikinci və üçüncü üçaylığında kalina yeməyi məsləhət bilir.
Kosmetologiyada kalinadan istifadə
Kalina dəriyə təmizləyici, tonuslandırıcı və cavanlaşdırıcı təsir edir. Bu səbəbdən də ondan kremlərin və losyonların hazırlanmasında istifadə edilir. Quru dərini kalina şirəsi ilə massaj etdikdə o qidalanaraq yumşaslır. Bunun üçün 1 xörək qaşığı kalina, 1 çay qaşığı bal, 1 çay qaşığı qliserin, 1 çay qaşığı bitki yağı, i çay qaşığı yulaf unu, 1 çay qaşığı limon şirəsinin qarışımından istifadə edilir. Bu maska dəridə 15 dəqiqə saxlanaraq sonra isti su ilə yuyulur. 
Kulinariyada
Qida sənayesində kalinadan müxtəlif cemlərin, dəmləmələrin, kisellərin, şərabların, desrtlərin, konfet və ət xörəklərinin hazırlanması zamanı geniş istifadə edilir.
Kalinanın zərərli xüsusiyyətləri
Qanın laxtalanması və vena damarlarının trombozu xəstəliyindən əziyyət çəkənlərə kalina yemək qadağandır. Kalina mədə şirəsinin artmasına səbəb olur. Mədə yaraları və qastrit xəstələrinə çoxlu miqdarda kalina yemək məsləhət görülmür. Kalina giləmeyvəsinin tərkibində purin var. Bu səbəbdən də podaqra, artrit və sidikdaşı xəstəliklərindən əziyyət çəkənlər istifadə etməməlidirlər.
Nadir hallarda kalina yemək allergik reaksiyaların baş verməsinə səbəb olur. Kalinanın tərkibinddə olanlara qarşı allergiyası olan hamilə qadınlara bu giləmeyvədən istifadə etmək tövsiyıə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kalina(Lat. Vibumum) haqqında" haqqında müzakirə