Günəbaxan(Lat.Helianthus) haqqında bilmədikləriniz

  • Müəllif: elnare
  • Tarix: 24 may 2018
  • Baxış sayı: 2 635
  • 0 rəy

Günəbaxan birillik ot bitkisidir. O, 3 metr hündürlüyə qədər düz qalxa bilir. Onun yarpaqları orta ölçüdə, oval şəkildə, 40 sm ölçüdə, xırda tükcüklərlə örtülmüş olur. Günəbaxan çiçəklərin diametri 30-50 sm ölçüdə olur və həmişə üzü günəşə tərəf baxır. Çiçəklərinin orta hissəsi toxumlarla dolu olur. Bir çiçəyin içərisində 500-3000 ədədə qədər toxum ola bilir. Günəbaxan avqust ayında çiçəkləyir. Günəbaxan toxumları asan sıxıla bilən, 8-15 mm uzunluğa və 4-8 mm enə malik olur. Onun ölçüləri növündən asılı olaraq dəyişə bilir. Günəbaxanın tumları növündən asılı olaraq ağ, boz, qara və zolaqlı ola bilir. Tumların daxili zərif təbəqə ilə örtülür və içərisində ləpə olur. Günəbaxanın vətəni Şimali Amerikadır. Bu bitki 2000 il əvvəllər hindular tərəfindən yetişdirilməyə başlanmışdır. Avropa ölkələrinə bu bitki XVI əsrdə gətirilib və oradan bütün dünyaya yayılıb. XVI əsrdə ispanlar günəbaxanı botaniki bağlarda yertişdiriblər. Rusiyada günəbaxanın yetişdirilməsi I Pyotr dövründən başlanıb. O ilk dəfə bu bitkini Hollandiyada görüb və öz ölkəsinə gətirib, yetişdirilməsinə əmr verib.
Günəbaxanın yarpaqlarında və çiçəklərində kumarin qlikozidi, skopolin, flavonidlər, triterpenov salonidi, karotinoidlər, antosianlar, fenolkarbon turşusu var. Günəbaxan təkliyin, düzgün verilmiş hökmün, çiçəklənmənin və günəş işığının simvolu hesab edilir. Bəzi ölkələrdə günəbaxan sülhün simvolu kimi qəbul edilir. Günəbaxanı yığarkən onun başlıq – sarı hissəsini toplayırlar. Bu bitki məhsuldar bitki hesab edilir. Onun bir kolundan bir-neçə günəbaxan başlığı əldə etmək mümkün olur. 
Günəbaxanın faydalı və müalicəvi xüsusiyyətləri
Günəbaxan tumlarından günəbaxan yağı alınır, onun tullantılarından isə heyvanlar üçün yem hazırlanır. Onun təzə ləçəklərinin dəmləməsindən iştahanı artıqmaq üçün istifadə edilir. Onun kiçik diləbənzər ləçəklərindən isə qızdırmasalıcı kimi istifadə olunur.
Günəbaxan tumunun tərkibində linolen və digər çoxlu doymamış yağlar, aminturşular, E vitamini, maqnium var.
Günəbaxan yağından kulinariyada, tibbdə və kosmetotlogiyada istifadə edilir. Bu yağı daxil qəbul elədikdə bağırsaqların yumşalmasına, təmizlənməsinə səbəb olur. Oynaq ağrıları zamanı günəbaxan yağı ilə kompres qoyulduqda ağrılar azalır. Bronxitlər, öskürək vaxtı da ağciyər nahiyəsinə isidilmiş günəbaxan yağı ilə kompres qoyduqda öskürək azalır. Bronxit, malyariya və allergiya xəstəlikləri zamanı təzə günəbaxan tumu yemək xəstəliyin əlamətlərini aradan qaldırır. Günəbaxan balverən bitkidir. Arılar onun tozlanmasına, o isə arıların şirə ilə doymasına səbəb olur. Günəbaxana yaxşı aqrotexniki qulluq edildikdə onun bal vermə xüsusiyyəti daha da artır. Ondan alınan balın rəngi qızılı, zəif miqdarda isə yaşıla çalır.
Zərərli və təhlükəli xüsusiyyətləri
Günəbaxan tumları nadir hallarda allergiyaya səbəb ola bilir. Belə hal baş verdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Günəbaxan(Lat.Helianthus) haqqında bilmədikləriniz" haqqında müzakirə