Xardal yağının faydaları
Xardal yağından kosmetologiya, kulinariya və xalq təbabəti sahəsində istifadə edilir. Bu bitki tərkibli yağdan müxtəlif müalicəvi massajların olunmasında istifadə olunur. Xardal yağından ən çox idmançıların rahatlığını təmin etmək üçün bədən massaj kremləri hazırlanır. Qida sənayesində xardal yağından qidaların dadlı olması üçün istifadə edilir. O dietik qidalardan sayılır və xüsusi dada malik olduğu üçün yeməklərin dadlandırılmasında işlənilir. Asiya ölkələrində xardal yağından müxtəlif tərəvəz yeməklərinin bişirilməsi zamanı istifadə olunur. O qızılı rəngdə və xüsusi qoxuya malik olur. Xardal yağının tərkibi doymamış yağ turşularından ibarətdir. Onun tərkibində orqanizm üçün faydalı olan yağ turşuları, fitosterol, xlorofill, qlikozidlər, fitonsidlər, efir yağları var.
Xardal yağının tərkibi linolen yağı, Omeqa3, balıq yağı və kətan yağı ilə müqayisə ediləcək qədər faydalıdır. Xardal yağının tərkibində A vitamini vardır ki, bu da onun antioksidant təsirinin olmasının göstəricisidir. A vitamininin çox olması xardal yağının immuniteti artırmasına, görmənin yaxşılaşmasına, dəri və selikli qişaların xəstəliklərinin qarşısının alınmasına səbəb olur.
Xardal yağının tərkibində çoxlu miqdarda E vitaminim vardır. Onun miqdarı iltihabi xəstəliklərin azalmasına, immun sistemin yaxşılaşmasına, orqanizmin cavanlaşmasına və yaraların tez sağalmasına səbəb olur. Xardal yağından istifadə etmək qanda xolesterinin miqdarını azaldır, damar divarlarının möhkəmlənməsinə səbəb olur. Onun tərkibi D vitamini ilə zəngindir. Tərkibində kalsium və fosforun da çox olması xardal yağının sümüklərin möhkəmlənməsində olan faydasının göstəricisidir. Xardal yağının tərkibində olan B6 vitamini bağırsaqların mikroflorasının yaxşılaşmasına səbəb olur. Mütəmadi olaraq xardal yağından istifadə eləmək sinir sistemini nəzarət altına alır və beynin işini yaxşılaşdırır. Tərkibinbdə olan B3 vitamini maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur, K vitaminin qanın tərkibini nəzarət altında saxlayır. Onun tərkibində olan efir yağları, izotiosinatlar və bioloji aktiv maddələr şiş əleyhinə və bakteriasid təsirə malik olmasından xəbər verir.
Müalicəvi xüsusiyyətləri
Xardal yağı dietik və müalicəvi yağdır. Onu bəzən təbiətdən gələn antibiotik də adlandırırlar. Xardal yağı iştahanı artırır, həzmi normallaşdırır, ödqovucu təsir göstərir, qaraciyər və mədəaltı vəzin işini sağlamlaşdırır. Ondan istifadə eləmək qaraciyərin aktivliyinin artmasına səbəb olur. Xardal yağı ürək-damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur, qanın tərkibini yaxşılaşdırır, kapilyarların keçiricilik qabiliyyətinin artmasına səbəb olur. O iltihabi xəstəliklər zamanı qanın iltihabla zədələnməsinin qarşısını alır. Xardal yağından helmintlərin, bağırsaq parazitlərinin profilaktikasında istifadə edilir. Xardal yağından istifadə eləmək atereskleroz xəstəliyinin əlamətlərini azaldır və onun sağalmasını sürətləndirir.
O arterial təzyiqin aşağı düşməsinə yardım edir, əzələ və oynaqlarda olan xəstəliklərin sağalmasına səbəb olur. Ondan daima istifadə eləmək boyun uzanmasına səbəb olur. Xardal yağı qadın və kişilərdə cinsi yetişməni sürətləndirir, cinsi fəaliyyəti,yumurtalıqların işini artırır, sonsuzluğu aradan qaldırır, prostat vəzin fəaliyyətini yaxşılaşdırır və prostat xərçənginin əmələ gəlməsinin qarşısını alır. O fibroz xəstəliklərin sağalmasına səbəb olur. Mütəxəssislər artıq çəkidən əziyyət çəkənlərə daima xardal yağından istifadə etməyi məsləhət bilir. Şəkərli diabet, sinir sistemi və göz xəstəliklərindən əziyyət çəkənlərə xardal yağı istifadə eləmək məsləhət bilinir.
Kosmetologiyada tətbiqi
Xardal yağının bakteriasid təsirindən dəri səpgiləri və dərinin iltihabi xəstəlikləri zamanı istifadə olunur. Seboreya, akne, dəri səpgiləri, herpes, dəmrov, psorias, mikozlar, ekzema, atopik dermatit, dərinin allergik və irinli xəstəlikləri zamanı xardal yağından istifadə etməkdə fayda var. Dəriyə xardal yağı sürtdükdə yağ ultrabənövşəyi şüaların dərini zədələnməsinin qarşısını alır.
Xardal yağından saçların möhkəmləndirilməsi və tük dibi xəstəliklərin sağalması məqsədilə istifadə edilir.
Xardal yağının zərərli xüsusiyyətləri
Xardal yağı və onun tərkibindəkilərə qarşı allergiyası olanlara bu yağdan istifadə edən zaman diqqətli olmaları tövsiyə edilir.
Miokard xəstəliklərindən əziyyət çəkənlərə xardal yağından istifadə etmək istəyərkən kardioloqları ilə məsləhətləşmələri tövsiyə edilir.
Qastrit və mədə yarasından əziyyət çəkənlərə xardal yağından istifadə edərkən ehtiyyatlı olmaq məsləhət görülür.
Həssas dərisi olanlar xardal yağından istifadə edərkən diqqətli olmalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xardal yağının faydaları" haqqında müzakirə