Ördək yumurtası

  • Müəllif: elnare
  • Tarix: 27 aprel 2018
  • Baxış sayı: 5 213
  • 0 rəy

Ördək yumurtası ən yağlı və kalorili yumurtalardandır. Tərkibində olan yağlar ördək yumurtasının xüsusi qoxuya malik olmasına səbəb olur. Orta ölçülü ördək yumurtasının çəkisi 90 qram olur. Onun qabığı ağın mavi və ya yaşıla çaları rəngdə və çox möhkəm olur. Bir çox ölkələrdə ördək yumurtası ən yaxşı delikateslərdən hesab edilir. Yaponiyada onu konservləşdirilmiş şəkildə satışı ilə məşğul olurlar. Bu zaman yumurtanı bişirib zəncəfil, sirkə və soya sousu ilə qarışdırılır və konservləşdirilir. Çində ördək yumurtasını xüsusi maddənin içərisində 100 gün saxlayırlar. Onlar bu qidanı ”yüzillik yumurta” adlandırırlar. Bu zaman həmin qidaya bişirilmiş buğda və küncüt əlavə etdikdə isə onu”imperator yumurtası” adlandırırlar. Filippində ördək yumurtasını digər yumurtalaradan daha üstün tuturlar.
Necə seçməli?
Ördək yumurtası seçərkən onun sağalm ördək yumurtası olmasına əmin olmaq lazımdır. Xəstə ördəyin yumurtası insan orqanizminə salmonella mikrobunun düşməsinə səbəb ola bilir.
100 qram ördək yumurtasının qida dəyəri:
- Zülallar – 12,8 qr
- Yağlar – 13,8 qr
-Karbohidratlar – 1,5 qr
- Su – 70,8 qr
- Kalori – 185 kKal.
Tərkibində olan vitaminlər və mikroelementlər ördək yumurtasının toyuq yumurtasına çox oxşadığını göstərir. Ördək yumurtasında çoxlu miqdarda keyfiyyətli zülallar, A, D, E, K, B6, B12 vitaminləri, fol turşusu, kalsium, kalium, maqnium, fosfor, selen, dəmir, sink, natrium mineralları, aminturşular(tronin, izoleysin, leysin, lizin, qlisin, prolin, serin və s.) var.
Kosmetologiyada ördək yumurtasından bir çox kosmetik reseptlərin hazırlanmasında istifadə edilir. Saçlar üçün kondisioner şampunların hazırlanması zamanı ördək yumurtasından geniş istifadə edilir. Onun sarısından üz üçün qiymətli maskaların hazırlanmasında geniş istifadə olunur. Qatıq, ördək yumurtasının sarısı, limon şirəsi və zeytun yağından hazırlanmış qarışımı saçların dibinə sürtdükdə tükdibi xəstəliklər sağalır və saçlar möhkəmlənir. Qarışımı hazırlayarkən onu köpüklənənə qədər çalmaq lazımdır.
Ördək yumurtasının sarısını gillə qarışdırıb saçlara maska qoyduqda saçların parlaqlığı artır.
Ördək yumurtasının zərərli xüsusiyyətləri
Salmonella mikrobunu daşıyan ördəyin yumurtasından istifadə eləmək mikrobun insan orqanizminə düşməsinə səbəb olur.
Pediatrlar 6 yaşına qədər uşaqlara ördək yumurtası verməyi məsləhət bilmir. Allergiyası olan xəstələrə ördək yumurtası yemək məsləhət görülmür
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ördək yumurtası" haqqında müzakirə