Tısbağa yumurtası faydaları və zərərləri

  • Müəllif: elnare
  • Tarix: 10 iyul 2018
  • Baxış sayı: 3 498
  • 0 rəy

Tısbağa yumurtası nadir hallarda tapılan qidalardandır. Tısbağa yumurtasının qidalandırıcılıq xüsusiyyəti çox yüksəkdir. O ən xüsusi delikateslərdəndir. Tısbağa yumurtası dairəvi və yumşaq qabığa malik olur. Tısbağa yumurtasının çəkisi 30-35 qram olur. Onun qabığınılln rəngi ağ, solğun sarı, açıq sarı ola bilir. Bu yumurtanın rəngi və ölçüsü toyuq yumurtasına bənzəyir. Yumurtanın züllalı hissəsi rəngsiz və şəffaf olur.
Müxtəlif ölkələrdə istifadəsi
Bir çox ölkələrdə tısbağa yumurtasından delikates kimi istifadə edilir və o qida maddəsi kimi istifadə olunur. İstifadə edilməsi və satış məqsədilə tısbağa yumurtasını Atlantik və Sakit okean sahillərindən yığırlar. Yumurtalamaq mövsümündə tısbağalar 200-ə yaxın yumurta qoyurlar. Onların yumurta qoymaq və cütləşmək üçün özünəməxsus qanunları var. Yumurtasından istifadə etmək məqsədilə tısbağalar üçün xüsusi fermalar yaradılır və onların cütləşməsinə şərait yaradılır. Təbii yollarla tısbağalar yumurta qoyduqları zaman yumurtaların əksəriyyəti tələf olur. Ferma şəraitində isə tısbağa yumurtalarını qoruyub saxlamaq və ondan müxtəlif məqsədlərlə istifadə eləmək olur. Fermada tısbağalar cütləşdirilir, yumurtladıqdan sonra isə azadlığa buraxılır.
100 qram tısbağa yumurtasının qida dəyər:
- Zülallar – 10 qr
- Yağlar – 12 qr
- Karbohidratlar – 0,8 qr
- Su – 70 qr
- Kalori – 155 kKal.
Tısbağa yumurtasının tərkibində çoxlu miqdarda faydalı maddələr var. Tısbağa yumurtasının tərkibində olan A, E, D, B qrup vitaminlərin qarışımı orqanizmin qocalmasının qarşısını alır, görmə funksiyalarını bərpa edir, ürək-damar sistemini möhkəmləndirir.
Tərkibindıə olan vitamin və mineral maddələr sinir sisteminin fəaliyyətini normallaşdırır, dırnaqların və saçların möhkəmlənməsinə səbəb olur. Onun tərkibində olan yod, dəmir, kalsium, maqnium və s. elementlər maddələr mübadiləsini, yaddaşı normallaşdırır, orqanizmi tonuslandırır, ürək əzələsini möhkəmləndirir.
Yumurta ağının tərkibində olan zülallar hüceyrələrin yenilənməsini sürətləndirir və immun sistemin möhkəmlənməsinə səbəb olur. Yüz illərdir ki, Cənubi Amerika, Aralıq dənizi və Yeni Zellandiya sahillərində yerləşən bəzi ölkələrin əhalisi tısbağa yumurtasını güclü afrodiziakın simvolu hesab edirlər. Onlar bu yumurtanın kişi gücünü artırdığına və hətta bu gücün tısbağa yumurtasından gəldiyinə inanırlar.
Tısbağa yumurtasının müalicəvi xüsusiyyətləri
Son illər tısbağa yumurtası üzərində aparılan araşdırmalar onun uşaqlarda şüa xəstəliyi zamanı faydalı olmasını sübut edib. Onun tərkibindəkilər radiasiya şüalanmalarına, xərçəng hüceyrələrinə qarşı mübarizə aparır. Tısabağa yumurtası atom elektrik stansiyalarından meydana çıxan sızmaların orqanizmə verdiyi zəhərlənmələri xaric edir. O onurğa beynin işini stimulyasiya edir, qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olur. Şərq təbabətində tısbağa yumurtası yemək qan dövranı ilə olan problemlərin qarşısını alır, gücsüzlüyü aradan qaldırmaqla fiziki gücü bərpa edir, xroniki depressiya və stress əlamətlərini aradan qaldırır.
Tısbağa yumurtasının zərərli xüsusiyyətləri
Hər növdə olan tısbağanın yumurtasından qida vasitəsi kimi istifadə etmək olmaz. Bu səbəbdən də mütəxəssisdən məsləhət almamış onun yumurtasından istifadə eləmək məsləhət görülmür. Yumurtanın hansı tısabağaya aid olduğunu onunla məşğul olanlar bilir. Tısbağa yumurtası digər yumurtalar kimi allergiyaya səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tısbağa yumurtası faydaları və zərərləri" haqqında müzakirə