Çaytikanı yağının faydaları
Çaytikanı yağı xüsusi qoxuya və narıncı-qırmızı rəngə malikdir. Bu yağın tərkibi karatinoidlər və A vitamini ilə zəngindir. Nadir hallarda çaytikanı yağınından isti yeməklərin hazırlanmasında istifadə edilir. Ondan bəzi salatların dadlandırılması üçün istifadə edilir.
100 qram çaytikanı yağının yağlılığı 99,5 qram, tərkibindəki suyun miqdarı 0,5 qram, kaloriliyi isə 896 kaloridir.
Çaytikanının bioloji dəyəri çox yüksəkdir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, makro və mikro elementlər, karotinoidlər, fitosterollar, amin turşuları və s. var. Çaytikanı yağının tərkibi biokimyəvi komponenetlərlə, çoxlu miqdarda müalicəvi maddələrlə, triterpenol, orqanik turşular, qətran maddəsi, fitonsidlər, pektin, kumarinlə zəngindir. Çaytikanı yağının müalicəvi olmasının əsas səbəbi onun tərkibində olan karotonoidlərin miqdarının çox olmasıdır. Onun tərkibində olan A vitamini orqanizmə iltihab əleyhinə və yara sağaldıcı təsir göstərir. Ondan istifadə etmək immunitetin artmasına, hormonların miqdarının normallaşmasına, görmənin yaxşılaşmasına, sonsuzluğun aradan qalxmasına səbəb olur. Onun tərkibində olan E vitamininin miqdarı buğda yağının tərkibində olan E vitamininin miqdarında 211 dəfə çoxdur.
Tərkibində olan K vitamininin miqdarı qanın laxtalanmasının qarşısını alır, böyrək fəaliyyətini yaxşılaşdırır və osteoparoz əlamətlərini azaldır. Tərkibindəkilərə görə çaytikanı yağı orqanizmə yarasağaldıcı, immin möhkəmləndirici, antibakterial, ödqovucu, iltihab və ağrı əleyhinə təsir göstərir. Ondan istifadə eləmək bağırsaqların fəaliyyətini normallşdırır, mədə-bağlırsaq sistemində olan yaraların sağalmasına səbəb olur, qaraciyərdə olan xəstəliklərin (toksiki hepatit, alkohol hepatiti, qaraciyərin piy distrofiyası və s.) sağalmasına səbəb olur. Buna görə də ezofagit, qastroduodenit, qastrit, mədə turşuluğunun çox olması, mədə və onikibarmaq yarası, yaralı kolit, öd daşı xəstəlikləri zamanı çaytikanı yağından geniş istifadə edilir.
Bu yağ orqanizmə bakteriasid təsir göstərərək iltihabi xəstəliklərin sağalmasını sürətləndirir, travmatik zədələnmələrin və yaraların sağalmasına səbəb olur. O arterial təzyiqi aşağı salır, göz sinirlərinin möhkəmlənməsinə səbəb olur və görməni yaxşılaşdırır. Tərkibində olan karotinoidlər gözün billur qişasında olan yorğunluğu aradab qaldırır. Bu səbəbdən də bəzi göz mazlarının və damcılarının tərkibinə çaytikanı əlavə edirlər. Karatart, qlaukoma, makuplodistrofiya, diabetik retinopatiyaların profilaktikası üçün çaytikanı yağı içmək lazımdır. Çaytikanı ürək və damar sisteminin fəaliyyətini, lipid mübadiləsini, qanda şəkərin və insultun miqdarını nəzarət altında saxlayır, daxili oprqanların işini yaxşılaşdırır.
Avitaminozlər, qan azlığı, həzm pozğunluqları və şüa müalicəsindən sonra çaytikanı yağından istifadə etməkdə fayda var.
Çaytikanı yağının tərkibində bioloji aktiv naddələrin çox olmasına görə ondan kosmetologiya sahəsində geniş istifadə edilir. Dəriyə, saçlara və dıqnaqlara qulluq etmək üçün çaytikanı yağı əlavə edilmiş kosmetik vasitələrdən geniş istifadə olunur.
Çaytikanı yağı dərinin elastikliyini artırır, onu möhkəmləndirir və qidalandlırlr. Saçların uzanması və tük dibi dərisinin xəstəlikləri zamanı çaytikanı yağından müxtəlif maskalar tətbiq edilir. Kosmetologiyada çaytikanı yağından aşağıdakı məqsədlərlə istifadə edilir:
* kremlərin hazırlanmasında
* ağrıkəsici mazların hazırlanmasında
* saçlar üçün maskaların hazırlanmasında
* dodaq balzamlarının hazırlanmasında
* aromaterapiya və massaj gellərinin hazırlanmasında.
Çaytikanı yağının zərərli xüsusiyyətləri
Qara ciyərin kəskin iltihabi xəstəlikləri zamanı çaytikanı yağından istifadə edərkən diqqətli olmaq lazımdır. İshal zamanı çaytikanı yağından istifadə eləmək məsləhət görülmür. Allergiya və qaşınmadan əziyyət çəkənlərə çaytikanı yağından istifadə edərkən həkimlə məsləhətləşmələri tövsiyə edilir
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Çaytikanı yağının faydaları" haqqında müzakirə