Qızıl yel
Qızıl yel.
Qızıl yel – streptokokk infeksiyasının bir növüdür, beta-hemolitik streptokokklar tərəfindən törədilir.
Səbəbləri:
İnfeksiyanın mənbəyi streptokokk infeksiyalı xəstə və ya bakteriya gəzdiricisidir. Yoluxma mexanizmi hava-damcı və təmas yolu ilə yoluxmuş əşyalar vasitəsilə, xüsusilə dəri örtüyünün bütövlüyü pozulduqda baş verir.
Qızıl yel endogen və ekzogen yolla orqanizmə daxil olur. Endogen xarakterli qızıl yel orqanizmdə xroniki ocaqlar fonunda yaranır. Dərinin mikro travması və yara səthi törədicinin təmas yolu ilə keçməsinə şərait yaradır.
Simptomları:
Xəstəliyin kəskin başlanğıcı baş ağrısı, üşütmə, hərarətin 38-400C-yə yüsəlməsi, zəiflik, ürəkbulanma, qusma ilə xarakterizə olunur.
İntoksikasiya əlamətləri meydana çıxdıqdan sonra zədələnmiş nahiyənin dərisində eritema, ödem və kəskin ağrılar meydana çıxır. Eritemanın ölçüsü tez böyüyür, zədələnmış dəri sağlam dəriyə nisbətən hündür olur, nəticədə ocaqda oval və ya dairəvi formada və müxtəlif ölçüdə içi seroz maye ilə dolu suluqlar əmələ gəlir.
Qızıl yelin orta davametmə müddəti müasir və adekvat müalicə fonunda 7-10 gün davam edir.
Diaqnostikası:
Diaqnozu xarakterik klinin şəklinə əsasən qoyulur.
Müalicəsi:
Qızıl yelin müalicəsində ən effektivi antibiotik penisillindir, adi dozada 5-7 günlük kursla təyin olunur. Askorbin turşusu, B qrupu vitaminləri nikotin turşusunun təyini məqsədəuyğundur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qızıl yel" haqqında müzakirə