Şabalıdın faydaları
Şabalıd ağaclarına Cənubi Avropada, Qafqaz ölkələrində, Afrika, Asiya və Amerika ölkələrində rast gəlmək mümkündür. Onun kökləri çox dərinliklərə qədər uzanıb çata bilir və ağac 1000 ilə qədər ömür sürə bilmək qabiliyyətinəmalikdir. Şabalıd meyvələrindən əksər cənub ölkələrinin mətbəxtində istifadə edilir.
Şabalıdı bir çox ölkələrdə qış aylarında yeyirlər. Onun sərt qabığını dairəvi kəsərək suda və ya közdə bişirərək yeyirlər.
100 qram şabalıdda olan qida dəyəri:
- Zülallar – 2,3 qr
- Yağlar – 0,5 qr
- Su – 61 qr
- Kalori – 166 kKal.
Şabalıdın tərkibinin 2-3%-ni liflər,3%-ni mineral maddələr təşkil edir. Onun tərkibində A, C, B qrup vitaminləri, qlikozidlər, triterpenol salonin esensiyası, yağ turşuları(5-7%), züllalı maddələr, qətran maddələri, şəkər və müxtəlif birləşmələr var.
Şabalıd meyvəsində kumarin eskuletin və eskulin qlikozidi, pektin, flavonoidlər, kversitrin, estsin, kempferol var. Araşdırmalar şabalıdın tərkibinin nişasta, rutinlə zəngin olduğunu təsdiq etmişdir.
Eksperimentlər zamanı şabalıddan hazırlanan spirtin tərkibinin iltihab və şişkinlik əleyhinə təsir etdiyini sübut etmişdir.
Şabalıdın tərkibində yağların miqdarı qozların tərkibində olan yağların miqdarından azdır. O arterial təzyiqin aşağı düşməsinə yardım edir, kapilyarların divarını möhkəmləndirir, qanın qatılığını azaldır, qanda olan xolesterinin və lesitinin miqdarını aşağı salır. Şabalıd aorta damarlarda yığılıb qalan zərərli maddələrin təmizlənməsinə səbəb olur. Dərman vəsitəsi kimi şabalıdın cavan zoğlarından və kökündən istifadə edilir. Bu zaman onun kökünü və ya zoğlarının kəsdikdən sonra təmiz yuyub günəşin altında qurutmaq lazımdır.
Şabalıdın zərərli xüsusiyyətləri
Şabalıd allergiya əlamətlərinin ortaya çıxmasına səbəb olur.
Şəkərli diabet xəstələrinə şabalıd yeyərkən həkimləri ilə məsləhətləşmək tövsiyə edilir. Allergiyası olan adamlara şabalıd balı yemək tövsiyöə edilmir. Həddindən çox şabalıd yemək əllərdə qıcolmalara səbəb ola bilir. Xroniki qəbizlikdən, qastritdən, qanın laxtalanmasından, trombositoleniyadan, qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlərə şabalıd yeyərkən ehtiyatlı olmaq məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şabalıdın faydaları" haqqında müzakirə