Lavanda (Lat. Lavandula)

  • Müəllif: elnare
  • Tarix: 10 aprel 2018
  • Baxış sayı: 2 185
  • 0 rəy

Lavanda (Lat. Lavandula)
Lavanda ən çox Hindistanda, Ərəbistanda, Avropanın cənubunda, Şimali və Şərqi Afrikada, hətta Kanar adalarında geniş yayılmışdır. Bizim ölkəmizin də bəzi rayonlarının ərazilərində bu bitkiyə rast gəlmək olur. Lavandanın 30-a yaxın müxtəlf növləri var. İbn Sina lavanda haqqında bu sözləri söyləmişdir. “ Bu beyin üçün süpürgə, ürək üçün isə qamçıdır.” O öz əlyazmlarında lavandanın ürək və beyin fəaliyyəti üçün faydalı olduğunu qeyd eləmişdir. Lavanda kol bitkisi olub, 60 santimetrə kimi hündürlüyə qalxa bilir. Onun yarpaqları uzunsov-düz olub, çiçəkləri uc hissəsində topalaşır. Lavandanın çiçəkləri mavi, bənövşəyi, çəhrayı və ağ rənglərdə ola bilir. Lavandanın tərkibini 30% lavanda yağı, acı və tanin maddələr, qatran təşkil edir. Lavandadan qıcolma əleyhinə, iltihab əleyhinə, sinir sistemini normallaşdırmaq məqsədilə istifadə edilir. Lavandadan kulinariyada, məişət kimyasında, spirtli və spirtsiz içkilərin hazırlanmasında, tualet sabunlarının, şampunların, dezodorantların, hava təmizləyicilərin, parfümeriyaların və kosmetik vasitələrin hazırlanmasında geniş istifadə edilir. Lavanda yağından spirtli likörlərin hazırlanması zamanı geniş istifadə edilir.
Ev şəraitində dibçəkdə lavanda yetişdirən zaman ağcaqanadlar və bəzi həşəratlar həmin evə girmir.  Bir çox ölkələrdə qadınlar stressi və yorğunluğu aradan qaldırmaq üçün iş yerlərində lavanda bitkisini becərib saxlayırlar. Lavandanı bostana tərəvəzlərin aralarına əkdikdə onun iyinə görə bir çox zərərli həşəratlar tərəvəzlərə zərər vermir.
Müalicə məqsədilə bitkinin əsasən çiçəklərindən, bəzən isə yaşıl hissəsindən istifadə edirlər. Farmakologiyada lavandadan bağırsaq sancıları, baş ağrıları, dispepsiya, revmatik ağrılarda istifadə edilir.  Onun dəmləməsindən immun sisitemin stimulyasiya edilməsi məqsədilə, yaraların tez sağalması üçün, ödqovucu, göbələk əleyhinə, virus əleyhinə, tərləmənin qarşısını almaq məqsədilə, öskürək əleyhinə və bəlğəmgətirici kimi istifadə edilir. Ginekoloji xəstəliklərin müalicəsində də lavandadan istifadə edilir.
Onun dəmləməsi çətin sağalan yaraların sağalmasına, bəzi dəri xəstəliklərinin (psorias, göbələk və s.) müalicə olunmasına səbəb olur.
Əzələ və revmatik ağrıların aradan qalxmasında lavanda yağının rolu böyükdür. Lavanda əsil antidepressantdır.Onun yağından və dəmləməsindən spazmolitik, sakitləşdirici kimi istifadə edilir. Onun yağını irinli yaraların üstünə sürtdükdə iltihabi proses qısa bir zamanda sağalır. Nevrasteniya, miqren və mədə-bağırsaq sistemi sancıları zamanı lavandanın faydası böyükdür.
Lavandanın zərərli xüsusiyyərləri
Lavanda qəbul edərkən həkimlə məsləhətləşmək lazımdır. Hamiləliyin ilk üçaylığında lavandadan istifadə etmək olmaz. Lavandanın tərkibində toksiki maddələr var. Ona görə də onu uşaqlara verərkən mütləq pediatrın göstərisi olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Lavanda (Lat. Lavandula)" haqqında müzakirə