Damotu - Aslanquyruğu ( Lat.Leonurus cardiaca)

  • Müəllif: elnare
  • Tarix: 16 iyun 2018
  • Baxış sayı: 3 161
  • 0 rəy

Damotu bitkisi çoxillik bitki olub, aslanquyruğu , ürək otu, tüklü damotu kimi də adlandırılır. Onun boyu 2 metrə qədər qalxa bilir, yarpaqlarının kənarları kəsik-kəsik, barmaqlara oxşayır və tünd yaşıl rəngdə olur. O mil kökə sahibdir. Damotutun ən iri yarpağı budağının aşağı hissəsində olur, yuxarı hissəyə keçdikcə isə yarpaqlar kiçilməyə başlayır. Ən iri yarpağın uzunluğu isə 15 sm olur. Damotunun çiçəkləri xırda halqalar boyda olaraq budaqların üstündə, yarpaqların saplağının dibində açır. Onun çiçəkləri çəhrayı-bənövşəyi, uzunluğu 11 mm olur. Damotunun toxumları qapalı kasacıqda 4 ədəd və hər birinin uzunluğu 3 mm olur. Damotu ən çox Avropanın cənub hissəsində 3 mm olur. O yabanı halda yol kənarlarında, boş sahələrdə, bostanlarda, meşə ərazilərində bitir.
Bu bitki quraqlığa davamlıdır və istənilən torpaqda əmələ gələ bilir.
Kənd təsərrüfatında ondan heyvanların yemlənməsi üçün istifadə edilir. Müalicə məqsədilə istifadə etmək üçün damotunun yarpaqlarından istifadə edilir. Ən çox da bitkinin üst yarpaqları orqanzm üçün faydalı hesab olunur. Quru damotunu 3 il müddətində saxlamaq mümkündür. Onun toxumlarını isə yarpaqlarından fərqli olaraq 6 il müddətində saxlamaq olur.
Yetişdirmək üçün sağlam damotu toxumlarını 30 sm dərinliyə əkirlər. Qış aylarında əkdikdə donuşluq başlamamış toxumları quru torpağa əkmək lazımdır. Əkin sahələrində onu yetişdirdikdə bütün toxumlar bərabər, paralel olaraq əkilir. Əkdikdən sonra isə sahəyə normal aqrotexniki qulluq etmək lazım olan qədər damotunun yetişməsinə səbəb olur. Damotunun 2/3 hissəsi çiçəkləyən zaman onun yarpaqları toplanmağa başlanır. Əsasən də bitkinin əkilməsinin ikinci ili yarpaqlarını toplamaq məsləhət görülür, çünki ikinci il bitkinin yarpaqlarının sayı daha çox artmış olur. Damotu əkildiyi il 1 ha sahədə 6 s, ikinci il isə 30 s məhsuldarlıq olur.
Damotunun faydalı və müalicəvi xüsusiyyətləri
Müalicə məqsədilə damotunun çiçəklədiyi zaman üst yarpaqlarından istifadə edilir. Ən uc hissədəki yarpaqların tərkibində olan maddələrin miqdarı aşağı hissədə bitən maddələrin miqdarından qat-qat çox olur. Damotunun tərkibində alkoloidlər, efir yağları, leopuridin, amin, leonurin, staxidrin, falavonoidlər, kvinkvelozid, kversetin, salonin, tanin, acı maddələr, rutin, təbii turşular, A, C, E vitaminləri var. Müasir tibbdə damotundan cinsi zəiflik və adenomaların müalicəi məqsədilə istifadə edilir. Damotundan nevrozlarda, nevrotik xəstəliklərdə, kardiosklerozda, funksional gərginlikdə, ürək qüsurlarında, sinir sisteminin gərginliklərində istifadə edilir.
30 qram damotunu xırdalayıb 1 stəkan 70%-li spirtdə 2 həftə saxlanılır. Sonra bu qarışımdam gündə 4 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı içmək nevrozların, ürəkdöyünmənin, təzyiqin , kardiopatiyaların, təngnəfəsliyin azalmasına səbəb olur.
Damotunun dəmləməsi mərkəzi sinir sisteminin sakitləşməsinə, qan dövranının yaxşılaşmasına, arterial təzyiqin aşağı düşməsinə, aybaşının normallaşmasına səbəb olur. Damotu dəmləməsi baş ağrılarının aradan qalxmasına, yuxusuzluğun aradan qalxmasına, qorxu hissinin yox olmasına səbəb olur. Onun nevralgiya və iflic əlamətləinin azaltdığı da sübut olunub.
Damotunun zərərli və təhlükəli xüsusiyyətləri
Hamiləlik və uşaqəmizdirmə dövründə damotundan istifadə etmək olmaz. Depressiya və həddindən artıq həssaslıq zamanı da damotu qəbul eləmək məsləhət deyil.
Bradikardiyadan, trombozlardan, tromboflebitlərdən və arterial hipotenziyadan əziyyət çəkənlər damotu istifadə edərkən mütləq həkimlə məsləhətləşməlidirlər. Həddindən çox damotu qəbul eləmək huşun itməsinə və ürəyin dayanmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Damotu - Aslanquyruğu ( Lat.Leonurus cardiaca)" haqqında müzakirə