Armud

  • Müəllif: elnare
  • Tarix: 5 aprel 2018
  • Baxış sayı: 3 298
  • 0 rəy

Armud qədim zamanlardan bəri insanların qida vasitəsi kimi istifadə etdikləri meyvələrdəndir. İlk dəfə armud Çində yetişdirilmiş, sonralar isə Yunan və Rus imperiyasına yayılmışdır. İndi elmə armudun minə yaxın növü məlumdur. Bu meyvə dünyanın bütün isti və quru bölgələrində yetişir.
Armud orta ölçüyə malik olan meyvə olub aşağı hissəsi enli, yuxarıya getdikcə isə daralan formaya malikdir. Bəzi hallarda onun tam dairəvi şəkildə olan növlərinə də rast gəlmək mümkün olur. Armud sulu meyvə olub, xüsusi qoxuya malik olur. Onu təzə halda yemək, konsevləşdirib saxlamaq, mürəbbə və kompot hazırlamaq olur. Armudun 100 qramında 42 kKalori var, buna görə də insanı kökəltmir. Qurumuş armudun kaloriliyi isə daha arıq olur. Qurudulan zaman 100 qram armudda 270 kKalori olur. Qurudulmuş armudun tərkibində karbohidratların da miqdarı çox olduğuna görə piylənməyə meyilli adamlara onu yemək məsləhət görülmür.
100 qram armudda olan kalori dəyəri:
- Zülallar – 0,4 qram
- Yağlar – 0,32 qram
- Karbohidratlar – 10,5 qram
- Su – 852 qram
- Kalori dəyəri – 42 kKal.
Armudun tərkibində çoxlu liflər, saxaroza, fruktoza, qlükoza, karotin, fol turşusu, marqanes, dəmir, kalium, kalsium, maqnium, fosfor, ftor, molibden, pektin və təbii orqanik turşilar var. Bu meyvə A, B1, B2, B3, B6, B9, C, E, PP və P vitaminləi ilə zəngindir. Yüz illərdir ki, armuddan prostat vəzin iltihabi xəstəliyində istifadə edilir. Armud kompotundan da uzun müddət istifadə eləmək prostat vəzi üçün çox faydalıdır. Mütəxəssislər 50 yaşından yuxarı bütün kişilərə hər gün armud kompotu içməyi məsləhət bilir. Bu prostat vəzi xəstəliklərinin profilaktikası üçün çox faydalıdır.
Armuddan antimikrob vasitə kimi də istifadə edilir. Onun meyvəsinin tərkibi bakteriya əleyhinə maddələrlə zəngindir. Armud meyvəsinin tərkibində olan pektin onun müalicəvi xüsusiyyətinin olmasını sübut edir. Armuddan antimikrob təsirə malik meyvə kimi də istifadə eləmək mümkündür. Onun tərkibi orqanizm üçün lazım olan bakteriyalarla zəngindir. Armudun tərkibində çoxlu amin turşuları, qidanın mədədə asan həzm olunması üçün lazım olan təbii fermentlər vardır. Armudda mikrob əleyhinə təsir göstrən arbutin antibiotiki var. Bu maddə isə bağırsaq mikroflorasının yaxşılşmasına səbəb olan bir maddədir. Armudun tərkibində qlükozadan çox, fruktoza var ki, bu da qanda qalxan şəkərin aşağı düşməsi üçün insulin tələb etməyən bir maddədir. Fruktoza şəkərli diabet xəstələri üçün çox faydalıdır və orqanizmdə toplanın piylənməyə səbəb olmayan maddələrdən sayılır. Armud meyvəsində çoxlu bioloji aktiv maddələr, unilkal efir yağları var ki, bunlar da orqanizmin ümumi gücünün artmasına, çox tərləmənin aradan qalxmasına səbəb olur.
Armud orqanizmin infeksiya və bakteriya əleyhinə olan müqavimətini artırır.
Armudda olan mikroelementlər qanın təmizlənməsinə səbəb olur. Tez-tez armud yeyən adamlarda baş ağrıları, ümuni zəiflik, iştahsızlıq olmur. Armud yemək ürək döyüntülərini yaxşılaşdırır, ağızın kənarlarında selik əmələ gəlməsinin qarşısını alır, fiziki gücvü artırır. Bir-neçə armud yemək əzələlərdə olan ağrıları aradan qaldırır. Uzun müddət armud yemək orqanizmi bir çox xətəliklərdən xilas edir.
Tərkibində olan təbii turşular sayəsində armud maddələr mübadiləsini yaxşılaşdırır, həzm sistemini sürətləndirir, qaraciyər və böyrək fəaliyyətini stimulyasiya edir.
Piylənmə, öd kisəsi, qaraciyər və böyrək xəstəlikləri zamanı armud yemək orqanizm üçün çox faydalıdır. Armud yemək orqanizmin temperaturunu aşağı salır.
Tərkibində olan efir yağları sayəsində meşə armudu orqanizmə sidikqovucu təsir göstərir.

Armudnın Ziyanı

Armudu acqarında yemək və ya armud yeyən kimi su içmək olmaz. Çünki, bu ishala səbəb ola bilir. Bəzi mədə xəstəlikləri zamanı isə armudu yemək qəbulundan ən azı 30 dəqiqə sora yemək məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Armud" haqqında müzakirə