Kəklikotunun faydaları haqqında

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 14 265
  • 0 rəy

“Kəklikotulu çay iç” – bu ifadəni adətən nənə-babaların çox yorğun olan insanlara gördüyü məsləhət kimi qəbul etmişik. Bəzilərimiz də bunu çaydan zövq almanın xüsusi sirri kimi bilirik. Amma kəklikotunun əsl hikməti başqadır. Elə buna görə də ondan 3 sahədə, yeyinti, ətriyyat və əczaçılıqda istifadə olunur.
KƏKLİKOTU MƏTBƏXDƏ
Əvvəla onu deyək ki, kəklikotuna el arasında qısaca “kəkotu” da deyirlər. Onun 400-ə qədər növü var. Azərbaycanda isə bir neçə növü yayılıb. Yığım qaydası da növə görə dəyişə bilir. Elə vaxt olur ki, kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəkləyəndə, bəzən isə bu prosesdən əvvəl yığırlar.
Kulinariyada isifadəsinə gəldikdə isə bu otun işi təkcə çaya ətir vermək qabiliyyəti ilə bitmir. Ət və balıq yeməklərində kəklikotunun xüsusi rolu var. Bunun üçün xüsusi resept lazım deyil. Qurudularaq döyülən və ya döyülməyən, əlinizin altında olan kəklikotunu doğranmış ətə qatmağınız kifayətdir. Balıq yeməklərindədə kəklikotundan istifadə xüsusi tam gətirir. Siz onu yağlı və yağsız bütün növ balıqlarda istifadə edə bilərsiniz. Bir sözlə zövqə görə bir çox yeməyə bu otu ədviyyat kimi qatmaq olar.


MÜALİCƏVİ ƏHƏMİYYƏTİ
Bu bitki sinir sisteminə çox müsbət təsir edir. Beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir, baş ağrılarını yügülləşdirir, yuxunu bərpa edir, yaddaşı gücləndirir. Nədə necə isifadə olunmasına gəlincə:
İmmun sistemini gücləndirir – kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikasında xeyirlidir. Çaya bal, limon da əlavə etmək olar. Bu çay xəstəliyin inkişafını dayandırır.

SPAZMALARI YOX EDİR – kəklikotunun köməyi ilə spazma ağrılarını (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür.
BƏLĞƏMGƏTİRİCİ – kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.
Antiseptik xüsusiyyətlərə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir. Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihab əleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə etmək olar.
Kəklikotunun qəbulu bəzi xəstəliklər zamanı tövsiyə edilmir. Bu ot hamilə qadınlar üçün ziyanlı ola bilər. Əmizdirmədə isə kəklikotu laktasiyanı gücləndirir. Ciddi proseslərdə həkimlə məsləhətləşmədən istifadə etməyin.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəklikotunun faydaları haqqında" haqqında müzakirə