Pomidorun faydaları
Bundan başqa pomidorun tərkibində likopen antioksidantı var. Likopen bir çox xəstəliklərin müalicəsi üçün lazım olan təbii dərman vasitəsidir. Onun müalicəvi xüsusiyyəti çox böyükdür. Likopen prostat vəzi xərçəngi, uşaqlığın xərçəngi daxil olmaqla bütün növ şiş toxumalarına qarşı təsir göstərən maddədir. Likopen həm də DNT hüceyrələrinin mutasiyaya uğramasının qarşısıı alır. O artıq piylərion ərimə prosesində iştirak edir. Pomidorun bişmişində likopenin daha çox olması bu tərəvəzin orqanizm üçün faydalı olduğunu bir daha sübut edir. Pomidor ən güclü antioksidantlarla bir sırada dayanır. Likopenin daha yaxşı orqanizm tərəfindən sorulmağını əldə etmək üçün onu duru yağda isladıb yemək lazımdır. Likopen orqanizmdəki sərbəst radikallara qarşı da mübarizə aparan maddədir. Bu maddə ürək-damar xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Mütəxəssislər bişmiş pomidorun orqanizm üçün daha faydalı olduğunu sübut etmişlər. Bəzi deyimlərə görə pomidor bədəni müalicə edir, ruhu təmizləyir. Onun tərkibində serotonin maddəsi vardır ki, bu da xoşbəxtəlik hormonu hesab edilir. Pomidor yemək əhval-ruhiyyəni qaldırır və orqanizmə antidepressant kimi təsir edir. Pomidordan hazırlanmış 100 qram tomatın kalori dəyəi 23 kKal-dir. Dietik məhsul kimi pomidordan maddələr mübadiləsinin pozğunluğu zamanı, ürək-damar xəstəliklərində və mədə-bağırsaq narahatçılığında istifadə edilir.
Pomidorun Ziyanı
Pomidor allergiyaya səbəb ola bilir. Artrit, podaqra, böyrək xəstəlikləri, su-duz mübadiləsinin pozğunluğu zamanı pomidordan istifadə etmək məsləhət deyil. Yüksək təzyiq və ürək-damar xəstəlikləri zamanı duza qoyulmuş pomidor yemək məsləhət deyil. Böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə də konservləşdirilmiş pomidor yemək tövsiyə olunmur. Pankriatit və mədə-bağırsaq yaralarından əziyyət çəkənlərə az miqdar pomidor yemək tövsiyə edilir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Pomidorun faydaları" haqqında müzakirə