Pomidor

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 3 663
  • 0 rəy

Pomidor.
Avropaya ilk dəfə Perudan gətirilib. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı,bənövşəyi, hətta qara və ağ rəngli pomidorlar yaradaraq onun görkəmini dəyışmiş, həm də 10 mindən çox pomidor sortu yaratmışlar. Ən xırda pomidor “tomberries” hesab olunur, onun diametri 5 mm-dən çox olmur. Ən nəhəng pomidor isə ponderosa sortuna aid olub meyvələrinin çəkisi 1,5 kq-dır.
Pomidora parlaq qırmızı rəng verən maddə likopindir. Bu maddə həm də orqanizmi sərbəst radikallardan qoruyan təbii antioksidantdır. Onun antioksidant təsiri C və E vitaminlərindən qat –qat yüksəkdir. Pomidorda bütün B qrup vitaminləri vardır. Bundan başqa pomidorda kalium, kalsium, maqnezium, dəmir, sink və orqanizmin normal işləməsinə cavabdeh olan kifayət qədər faydalı mineral maddələr aşkar edilmişdir.
Pomidorları həmdə  təbii antidepressan hesab edirlər. Pomidorlar qanda serotoninin və insan beyninə müsbət təsir edən başqa birləşmələrin miqdarını artırır. “Xoşbəxtlik” hormonlarının hazırlanmasını təmin edir.
Lakin burda bir məsələni də qeyd etməliyik ki, qırmızı meyvə və giləmeyvələrə allergiyası ola insanlar pomidordan ehtiyatla istifadə etməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pomidor" haqqında müzakirə