TƏBİİ ŞİRƏLƏRİN FAYDALARI
Təbii meyvələrdən çəkilmiş şirələr hədsiz faydalıdır-bu mübahisəsiz faktdır. Onların tərkibi vitamin və minerallarla çox zəngindir, orqanizm tərəfindən çox asanlıqla sovrula bilir. Eləcə də, təzə çəkilmiş meyvə şirələrinin tərkibində liflər və pektinlər varki, bunlarda mədə-bağırsaq traktının, bağırsağın peristaltikasının (dalğavari hərəkəti) işini tənzimləyir. Bir çox şirələrin tərkibində iltihab əleyhinə və təmizləyici xüsusiyyətə malik olan maddələr var. Onlar immun sistemini gücləndirir, yuxusuzluğa, depressiyaya, yüksək yorğunluğa müsbət təsir göstərir.
Təzə çəkilmiş şirələr kalorili deyil, bu isə o deməkdir ki, çəki azaltmaq üçün olan dietalarda rahatlıqla istifadə edilə bilər.
Təbii şirələrin tərkibində olan meyvə turşuları orqanizmin qida həzmini daha da yaxşılaşdırır.
TƏBİİ ŞİRƏLƏRİN MƏNFİ TƏSİRLƏRİ
Təbii şirələrin faydalı təsirlərindən başqa zərərli təsirləri də mövcuddur. Məsələn, turş şirələri (allma, limon, quşüzümü və s.) mədə xoraları, onikibarmaq bağırsağın xəstəlikləri zamanı qəbul etmək məsləhət deyil. Təbii çəkilmiş üzüm şirəsi yüksək kaloriyə və qlyukoza tərkibinə görə şəkərli diabet, artıq çəkidən əziyyət çəkən xəstələr üçün faydalı deyil. Demək olar ki, bütün təbii şirə növlərini qəbul edərkən diqqət etmək, lazım gələrsə hətta imtina edilməlidir (diareya, ishal zamanı).
Hamiləlik və südvermə zamanı təbii şirələri qəbul etmədən öncə həkimə müraciət etmək lazımdır. Körpələrə də, təbii şirələri həkim konsultasiyasından sonra normalarla vermək lazımdır.
Yerkökü şirəsi-bir çox faydalı xüsusiyyətlərinə baxmayaraq həddindən artıq qəbulu zamanı qaraciyər xəstəliklərinə səbəb olur.
Pomidor şirəsi- hətta ən kiçik zəhərlənəmlər zamanı belə təhlükəlidir. Buna səbəb onun tərkibində mövcud olan maddələrdir ki, bu da xəstənin vəziyyətini daha da pisləşdirə bilər.
Bəzi şirələri hətta dərman preparatları qəbul edilən zaman içmək məsləhət görülmür. Allergik təsirlərini də unutmaq olmaz. Məsələn, sitrus meyvələrə qarşı allergiya varsa, o zaman belə meyvələrdən hazırlanmış şirələrdən imtina edilməlidir. Eləcə də, allergik insanlar üçün qırmızı, sarı, narıncı meyvə və tərəvəzlərdən uzaq olmaq məsləhətdir.
TƏBİİ ŞİRƏLƏRİN QƏBULU
Bu elədə mürəkkəb proses deyil. İlk öncə qəbul edilən şirələr gün ərzində 3 stəkanı keçməməlidir. Daha uyğun olardı ki, yeməkdən ayrı qəbul edilsin. Təzə şirələri (xüsusilə turş meyvələrdən hazırlanmış) içdikdən sonra ağızı su ilə mütləq yaxalamaq lazımdır. Çünki, meyvə turşuları diş emalını “yeyə” bilir, bu daha çox uşaqlar üçün risklidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"TƏBİİ ŞİRƏLƏRİN FAYDALARI" haqqında müzakirə