Bamiya haqqında bilmədikləriniz.
Bamiya birillik tərəvəz bitkisidir. Onun boyunun hünürlüyü 40 sm, bəzən də 2 metrə qədər uzana bilir. Bamiyanın gövdəsi enli və uzun olur. Onun yarpaqları açıq-yaşıl rəngdə olur və meyvələr yarpaqların dib hissəsindən yetişməyə başlayır. Meyvələrin sayı çox olur, hətta bəzən beş meyvə bir hissədən yetişməyə başlayır. Meyvələri qutuya bənzəyir və onun içərisində toxumlar yerləşir.
Bamiya da badımcan kimi istisevər tərəvəz bitkisi sayılır. Bu da həmin tərəvəzələrin cənub bölgələrdən dünyaya yayılması səbəbindəndir. Amma, indi ağıllı bağbanların sayəsində bu tərəvəzləri nisbətən soyuq ölkələrdə də yetişdirmək mümkündür.
Bamiyanı mağazalardan təzə və ya donmuş halda almaq mümkündür. Son illərdə bazarlarda da bamiyaya rast gəlmək mümkündür. Tərəvəzin yığımı avqustdan noyabra qədər davam edir. Bamiya kalori dəyəri aşağı olan dietik tərəvəzlərdəndir. Onun 100 qramında 31 kKalori var. Bu xüsusiyyətinə görə öz fiqurasının yaxsı olmasına çalışanlar istədikləri qədər bamiya yeyə bilərlər.
Bamiyanın 100 qramında olan qida dəyəri:
- Zülallar – 2 qram
- Yağlar – 0,1 qram
- Karbohidratlar – 3,8 qram
- Su – 0,7 qram
- KKal – 31 kKalori.
Bamiya ət yeməyənlərin ən çox arzuladıqları qidalardandır. Onun tərkibində çoxlu faydalı qida maddələri var. Bamiyanın tərkibi dəmir, zülal, dietik liflər, C, B6, K, A vitaminləri ilə zəngindir. Tərkibində fol turşusunun miqdarının çox olduğuna görə bamiya uşaqlar və hamilələr üçün ən faydalı qida hesab edilir. Hamiləlik zamanı bamiya yemək dölün sinir sissteminin möhkəmlənməsinə səbəb olur. Bu tərəvəz qanda şəkərin miqdarını neytrallaşdırır, dietik liflər isə nazik bağırsaqların fəaliyyətini sürətləndirir. Mədə-bağırsaq fəaliyyəti zəif olan adamlara hər gün qida rasionunda bamiyadan istifadə etmək məsləhət görülür. Bu tərəvəz arıqlamaq istəyənlər və sağlamlıqlarının qayğısına qalanlar üçün əla qida vasitəsi hesab edilir. Bamiya angina, depressiya və xroniki yorğunluqdan əziyyət çəkənlər üçün çox faydalıdır. Bu tərəvəz dietik olmaqlaa bərabər ateresklerozdan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Bamiya yemək kapillyarların divarlarının da möhkəmlənməsinə səbəb olur. Bamiya orqanizmdən artıq xolesterinin və toksinlərin təmizlənməsinə səbəb olur. O bağırsaqlardan köpün, qazların xaric olmasına, qəbizliyin aradan qalxmasına səbəb olur. Bamiyanın tərkibində 31 kalori var və o dietik qida hesab edilir. Bamiyanı bişirmək, qızartmaq, salatlarda, şorbalarda istifadə etmək mümkündür. Balıq və ət yeməklərinin yanında bamiyadan qarnir kimi itifadə etmək mümkündür. Onu qızmar tavada bişirdikdə çoxlu miqdarda maddə hasil olur. Bu xüsusiyyətinə görə ona limon şirəsi əlavə edərək şorbalara əlavə etdikdə dadlı olur. Bamiyanın toxumlarını üyüdüb onu kofe şəklində içmək olur. Onun yağından da istifadə edilir. Belə ki, bamiya yağı çox gözəl qoxuya malikdir.
Bamiyadan ən çox qida sənayesində istifadə olunur. Qida hazırlamaq üçün onun körpə yarpaqlarından da istifadə edilir. Onun dadı badımcanın dadına bənzdiyi üçün badimcanlı yemək reseptlərində onun yerinə bamiyadan istifadə etmək mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bamiya haqqında bilmədikləriniz." haqqında müzakirə