NAR VƏ NARIN FAYDALARI

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 4 280
  • 0 rəy

NAR VƏ NARIN FAYDALARI.
Nar ləzzətli bir meyvə olmaqla yanaşı qida dəyərinin yüksək olmasına görə çox faydalıdır. Narın tərkibində bol minerallar, C, B1, B2 vitamini var. Kalsium və fosfor daha çox üstünlük təşkil etdiyinə görə narın aşağıdakı faydalarını sadalamaq olar:
– sümük sitemini möhkəmləndirir
– enerji verir
– yorğunluğu aradan qaldırır
– mədəni, əzələləri qüvvətləndirir
– ürək döyüntüsünü azaldır
– müqaviməti artırır
– qanı duruldur
– qanda xolesterolun miqdarını azaldır
– ürək-damar sistemini möhkəmləndirir
Narın dənələri yuxarıda sadaladığımız xüsusiyyətlərə malik olmaqla yanaşı, onun qabığı da bir çox xəstəliklərdə dərman vasitəsi kimi istifadə edilir.
1. Nar qabığını çeynəmək diş dibi əti qanaxmasını kəsir.
2. Qabıqlarının dəmləməsi diş ətini möhkəmləndirir.
3. Nar qabəğını qaynadıb içmək ishalı kəsir.
4. Nar qabıqları qaynadılıb içilərsə iştahanı kəsir.
5. Nar qabıqları 2-3 gün ac qarına içilib, günortaya qədər heç nə yeyilməzsə bağırsaq qurdları tökülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"NAR VƏ NARIN FAYDALARI" haqqında müzakirə