Brokkli kələmi

  • Müəllif: elnare
  • Tarix: 3 aprel 2018
  • Baxış sayı: 2 873
  • 0 rəy

Brokkli kələmi birillik tərəvəz bitkisi olub kələmkimilər fəsiləsinə daxildir. O tünd yaşıl rəngdə topa şəklində sıxlaşmış xırda yarpaqlardan ibarət olub, yoğun bir zoğa bağlı olur. Brokkli kələmi rəngli kələmə bənzəyir, onun baş hissəssi bənövşəyi rəngə çalır.Alman dilində bu kələmə”braun kolf”qəhvəyi baş adı verilib. Brokkli kələmi xarıcdən eleqant çiçək dəstəsini xatırladır. Qida məqsədilə onun mərkəzdə yerləşən baş hissəsindən istifadə edilir. Bazardan və ya marketlərdən brokkli kələmi alarkən onun təzə və sağlam olmasına diqqət yetirmək lazımdır. 100 qram kələmdə 28 kKalori var. Kəlımi duza qoyduqda isə bu rəqəm 35 kKaloriyə qədər yüksəlir. Donmuş kələmin enerji dəyəri 23 kKaloriyə düşür və bu cür kələmdən piylənmədən əziyyət çəkən adamlar istifadə edir.
100 qram brokkli kələmində olan kalori dəyəri:
- Zülallar – 2,8 qram
- Yağlar – 0, 4 qram
- Karbohidratlar – 6,7 qram
- Su – 89 qram
- Kalori – 28 kKal.
Brokkli kələminin tərkibində kalium, kalsium, maqnium, fosfor, sink, marqanes, B qrup vitaminləri, C, P, E, K vitaminləri, fol turşusu, beta karotin var.
Brokkli kələminin rəngli yarpaqları ispanaq qədər orqanizm üçün fadalıdır. O ən yaxşı dietik məhsullardan hesab edilir. Onkoloji, ürək-damar,sinir sistemi, mədə-bağırsaq sistemi, maddələr mübadiləsinin pozulmaları, podaqra xəstəlikləri zamanı brokkli kələmindən istifadə etməyin orqanizm üçün faydası çox böyükdür. Brokkli kələmi ödqovucu təsirə malikdir və bağırsaq möhtəviyyatını yumşaldaraq qəbizliyi aradan qaldırır.
Mütamədi olaraq brokkli kələmi yemək atereskleroz xəstəliyinin əlamətlərini aradan qaldırır, orqanizmə sakitləşdirici təsir bağışlayır. Brokkli kələmindən anetoltrition adlı maddə alırlar ki, bu maddə döş və bağırsağın xərçəng xəstəliyinin müalicəsi zamanı xərçəng hüceyrələrinin miqdarının azalmasına səbəb olur. Bu maddə xərçəng əleyhinə, qanaxma əleyhinə, sakitləşdirici, atereskleroz əleyhinə təsir bağışlayır.
Mütəmadi olaraq brokkli kələmindən istifadə etmək vaxtından əvvəl qocalmanın qarşıasını alır. Kələmin tərkibində olan metionin və xolin orqanizmdə toplanmış xolesterinin təmizlənməsinə səbəb olur. Brokkli kələmi orqanizmi zəifləmiş, xəstə, hamilə, şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün əla qida vasitəsidir.
Brokkli kələmi xərçəng əleyhinə təsir göstərən tərəvəzlər siyahısına daxildir. Kələmin tərkibində olan sulforofan mədə yarasının əmələ gəlməsinə səbəb olan bakteriyaları öldürmək qabiliyyətinə malikdir. Halbuki, tibbi araşdırmalar aparan alimlər uzun illərdir ki, bu cür təsirə malik olan dərmanların hazırlanmasında çətinliklr çəkirlər. Brokkli kələmi tərkibində ən çox sulforofan olan tərəvəzdir. Bu maddə kələmin toxumunda da tapılıb. Təbii və sağlam qidalarda söhbət getdikdə tərtib edilən siyahıda kələm ön sıralardan birində durur. Buğda, soya, brokkli kələmindən hazırlanan sıyıq isə ən faydalı və orqanizmi lazım olan vitamin və mikroelementlərlə zəngin olan sıyıq sayılır. Brokkli kələmini çiy, suda və ya buğda bişmiş, hətta qızardılmış halda yemək mümkündür. Onu tez hazırlanan şorbalara qatmaq və ya sous şəklində də süfrəyə təqdim etmək mümkündür.

Brokkli kələminın Ziyanı

Brokkli kələmindən mədənin turşuluğu yüksək olan hallarda çox istifadə etmək olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Brokkli kələmi" haqqında müzakirə