Kabaçok

  • Müəllif: elnare
  • Tarix: 3 aprel 2018
  • Baxış sayı: 18 482
  • 0 rəy

Kabaçok (latınca Cucurbita pepo)birillik ot itkisi olub, balqabaqkimilər fəsiləsinə aiddir. O Avropaya Amerikadan XVI əsrdə gətirilmişdir. İrokez qəbiləsində yaşayan hindular 10 min illər ərzində kabaçokdan qida vasitəsi kimi istifadə etmişlər. Kabaçok balqabaq, lobya, qarğıdalı kimi qida rasionuna daxildir. Onu bostanlarda adları çəkilən bitkilərin yanında əkirlər. Belə ki, kabaçok bu bostan bitkilərinin kölgəsində daha rahat böyüyür.
Kabaçokun meyvələri uzun və enli, yaşıl-sarı və ya ağ rəngə malik olur. Kabaçokun 100 qramında 24 kKlori var. O az kalorili və dietik qida hesab edilir.Qızardılmış 100 qram kabaçokda 88 kKlori var. Bu tərəvəzi bütün insanlar yeyə bilər. Hətta, piylənmədən əziyyət çəkən insanlar da istədiyi qədər kabaçok yeyə bilər.
100 qram kabaçokda olan kalori dəyəri:
- Zülallar – 0,6 qram
- Yağlar – 0,3 qram
- Karbohidratlar – 4,6 qram
- Su – 93 qram
- Kalori – 24 kKalori.
Kabaçok orqanizm tərəfindən yaxşı mənimsənilən tərəvəzlərdəndir. Bu tərəvəz mədə və bağırsaqları qıcıqlandırmır, bağırsaq fəaliyyətini sürətləndirir. Kabaçokun tərkibində olan C vitamini orqanizmdə kallogenlərin ifrazını artırır və bu da dəriyə birbaşa təsir edir. Onun tərkibində olan A və C vitaminləri dişlər və saçlar üçün çox faydalıdır. Bu vitaminlər görmənin də yaxşılaşmasına səbəb olur. Kabaçokun tərkibində olan mikroelementlər, kalium, kalsium, dəmir, maqnium insanın beyin, əzələ və qara ciyər fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
Kabaçokun tərkibində olan liflər orqanizmdən toksiki artıq maddələri, xolesterini və suyu xaric etmək qabiliyyətinə malikdir. Artıq çəkidən əziyyət çəkənlər üçün hər gün qida rasionuna kabaçok daxil etmək əla nəticələrə cəbəb olur. Kabaçok ən çox da yaşlı adamlara daha faydalıdır. Belə ki, bu tərəvəz həzm sisteminin fəaliyyətini sürətləndirir və qəbul edilən qidaların orqanizm tərəfindən yaxşı sorulmasına səbəb olur. Bu tərəvəz aterskleroz xəstəliyinin əlamətlərinin azalmasına da səbəb olur, qan dövranını yaxşılaşdırır. Böyrək, qara ciyər və təzyiq xəstəliklərindən əziyyət çəkənlərə hər gün qida rasionuna kabaçok daxil etmək məsləhət görülür.
Kabaçok sidikqovucu təsirə malikdir. Onu orqanizmində artıq maye yığılan xəstələr istifadə etsələr çox faydalı olar. Bu məqsədlə kabaçokun toxumlarından və yarpaqlarından da istifadə etmək mümkündür. Kabaçokun tumundan istifadə etmək istədikdə isə onu isti sobada qurudub istifadə etmək lazımdır. Orqanizmdən artıq mayeni çixarmaq məqsədilə gün ərzində 15-25 ədəd qurudulmuş kabaçok tumu yemək lazımdır. Bu bitkinin yerə tökülmüş çiçəklərindən 7-9 dənəsini qaynar suya salıb dəmləyərək içmək də orqanizmə eyni təsiri göstərir. 
Bu tərəvəz ən yaxşı sidikqovucu xüsusiyyətə malik olan tərəvəzlərdəndir. Orqanizm üçün ən çox faydalı olan kabaçok 20-25 sm uzunluğunda, qabıqlı, duzsuz və yağsız şəkildə qəbul edilənlərdir. Bu şəkildə yeyilən kabaçok allergiya əleyhinə, qanartırıcı, sidikqovucu, ödqovucu, həzm sistemini normallaşdırıcı təsirə malik olur. Kabaçok bağırsaqlardakı peristaltikanı yxşılaşdırmaq qabiliyyətinə malikdir. Allergiya əlamətlərini aradan qaldırmaq məqsədilə gün ərzində 5-6 dəfə onun dəmləməsindən istifadə etmək lazımdır. Bu zaman 10-12 kabaçok çiçəyini 0,5 litr qaynar suda 2-3 saat dəmləyib 1/3 stəkan qəbul etmək lazımdır. Bu zaman dəmləməni 5-6 dəfə olmaqla ən azı 1 həftə içmək lazımdır.
Kabaçokdan hazırlanan yeməklər qaraciyər, öd kisəsi, atereskleroz, xroniki nefrit və hipertoniyadan əziyyət çəkən xəstələr üçün çox faydlıdır. Bu tərəvəz böyrəklərdən oksalat və urat duzlarının xaric olmasını sürətləndirir. Şəkərli dabet və qəbizlikdən əziyyət çəkənlər üçün kabaçokdan hazırlanan püre çox faydalıdır.
Kabaçok uşaq qida sənayesində ən çox istifadə edilən tərəvəzlərdəndir.
Tibet müalicə vasitələri içərisində kabaçok tərkibindəki kerotin və vitamin C-nin çox olmasına görə ən faydalı tərəvəz heab edilir. Bu tərəvəz çəkini artırmır və onu gün ərzində 1,5 kq yemək mümkündür.
Bu tərəvəzin orqanizmə aşağıdakı faydaları var.
1. Ürək-damar
Kabaçokun tərkibində olan maqnium və kalium ürəyin əzələsini və damarların divarını möhkəmləndirir, tərkibindəki dəmir isə qanda olan oksigenin miqdarının artmasına səbəb olur.
2. Suya təlabat
Kabaçokun tərkibinin 90%-ni su təşkil edir və bu su orqanizm tərəfindən yaxşı mənimsənilir. Bu səbəbdən də bu tərəvəz orqanizmin suya olan tələbatını ödəyə bilmək qabiliyyətinə malikdir.
3. Mədə
Tərkibində olan liflərin sayəsində kabaçok həzmi sürətləndirir. Mədə bağırsaq sistemində baş verən əməliyyatlardan sonra kabaçok yemək çox faydalıdır.
4. İmmunitet
Kabaçok orqanizmdə uzun müddət təsirini saxlaya bilən nadir tərəvəzlərdəndir. Bu xüsusiyyətinə görə onun tərkibindəki mikroelementlər və vitaminlər öz təsirini orqanizmə uzun müddət göstərir. Bu da orqanizmin immunitetini artırır.
5. Böyrəklər
Kabaçok orqanizmdəki artıq mayeni çıxarır, böyrək səbəbindən əmələ gələn şişkinlikləri aradan qaldırır.
6. Antioksidantlar
Kabaçokun tərkibində olan antioksidantlar orqanizmin qocalmasının qarşısını alır. Onun bu xassəsi ən az miqdarda termiki isinməyə məruz qalan tərəvəzdə olur.
7. Qaraciyər
Kabaçok qaraciyər damarlarında durğunluq səbəbli yığılıb qalan ödün axmasını sürətləndirir və xolisistit zamanı çox faydalıdır.
8. Dəri
Bu tərəvəzi kəsib dəriyə sürtdükdə dəri yumşalır və cavanlaşır.
9. Şəkərli diabet
Kabaçokun tərkibində şəkərli diabet xəstələri üçün lazım olan bütün mikroelementlər var.
10. Artrit
Uzun müddət kabaçok yedikdə orqanizmdən artıq duzlar xaric olur və artrit əlamətləri azalır.
11. Zəhərlənmə
Gün ərzində 200 qram kabaçok yemək orqanizmdəki zəhərlənmə əlamətlərini aradan qaldırır.
12. Sellüid
Kabaçok orqanizmdən suyu və xolesterini xaric etdiyi üçün “portağal dərisi” görüntüsünü aradan qaldırır.

Kabaçoknın Ziyanı:

Böyrəklərdən kaliumun xaric edilmə funksiyası pozulduğu zaman kabaçokdan istifadə etmək məsləhət görülmür. Mədədə turşuluğunun miqdarı artdığı zamanlarda da bu tərəvəzin çiy halda qəbul edilməsi məqsədəuyğun deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kabaçok" haqqında müzakirə