Yüksək təzyiq zamanı istifadə olunan məhsullar

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 618
  • 0 rəy

YÜKSƏK TƏYZİQ ZAMANI İSTİFADƏ OLUNAN MƏHSULLAR

1.Yağsız kəsmik ürəyi möhkəmləndirir, qan damarlarının genəlməsinə səbəb olur, kalsium, maqnezium, kaliumun mənbəyidir. Hər gün 100qr kəsmik yemək lazımdır.
2. Qırmızı bolqar bibəri rekord miqdarda C vitamininə malikdir. Hipertoniyalı şəxslər onu mümkün dərəcədə yeməklərində istifadə etməlidirlər. Əgər hər gün 2 təzə bibər yeyilsə C vitamininə olan tələbat ödənilər.
3. Qızılbalıq omeqa-3 yağ turşularının mənbəyidir və yüksək təzyiqi aşağı salmağa kömək edir. Onu həftədə 3 dəfə 100-150 qr yemək məsləhətdir.
4. Yulaf sıyığı hipertoniklərin menyusunda hər səhər olmalıdır. Tədqiqatlar göstərir ki, yulaf selenin mənbəyidir
5. Balqabaq tumları sink defisitini bərpa edir və sizi infarktdan azad edir. Onu hər gün 20qr yemək kifayətdir.
6. Kakao damarların vəziyyətini yaxşılaşdırır, lakin o, kalorili içkidir, buna görə həftədə 1-2 fincan qəbul etmək lazımdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yüksək təzyiq zamanı istifadə olunan məhsullar" haqqında müzakirə