Kəsmiyin faydaları
Kəsmiyin tərkibinin heç bir toxuma, hüceyrə quruluşu yoxdur və bu da onu balıq, ət və quş kimi heyvan qidalarının zülal mənbələrindən fərqləndirir. Kəsmik “dənəcikləri” orqanizmdə asanlıqla sovrulur və demək olarki tamamilə həzm olunur.
Bu məhsul orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ən əsası isə o, orqanizmin güclü toksinlərin və ya müəyyən dərman preparatlarının təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın qarşısını alır.
Amin turşularından (zülal) əlavə, kəsmik (xüsusilə A, E, F, B2 B6 və B12) fol turşusu, kalsium, dəmir, natrium, maqnezium, mis, sink, fosfor və flüor duzları kimi vitaminləri ilə zəngindir. Məhz buna görə də, kəsmik asanlıqla həzm olunur. Hamilə qadınlar və südverən analar kəsmikdən yaxşı kalsium və digər mikroelementlər mənbəyi tapa bilməz. Körpələrə 5-7 aydan artıq kəsmik vermək məsləhət görülür. Kəsmik orqanizmin toxumalarının böyüməsi və bərpası üçün lazımlıdır. Ən əsası da sümük toxumaları üçün əvəzsizdir. Eləcə də sinir sistemi, ürək və qan dövranı üçün xeyirlidir.
Kəsmik bir qida məhsulu kimi uşaqlarla yanaşı yaşlılar üçün də lazımlıdır. Qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxildir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəsmiyin faydaları" haqqında müzakirə