Autizmli uşaqlara təlim necə verilməlidir?

  • Müəllif: sahane
  • Tarix: 9 fevral 2018
  • Baxış sayı: 4 286
  • 0 rəy

Hazırda doğulan hər 68 uşaqdan birinə təsir edən autizm xəstəliyinin bilinən müalicəsi erkən diaqnoz ilə uzunmüddətli xüsusi müalicəvi təlimdir.

Hazırda müalicələrin sayəsində 100-də 50 uşaqda autizm xəstəliyi nəzarət altına alına bilir. Artıq yeniyetməlik çağına gəldiyi zaman yaşıdlarından fərqli olmurlar.

Təlim erkən başlamalıdır. 18 aydan etibarən autizm diaqnozu qoyula bilir. Bu səbəbdən diaqnozdan dərhal sonra başlanılmalıdır. Xüsusilə 3-5 yaş arası autizmlin uşaqlar üçün təlim çox mühümdür.

Autizmdə doğru və effektli təlim necə olmalıdır?


Təhsil uşağın xüsusiyyətlərinə və ehtiyaclarına uyğun seçilməlidir.

Autizmli uşaqlar həftədə ən az 30 saat gərgin təlimə cəlb edilməlidirlər.

Təlim mütləq şəkildə kəsintisiz olmalıdır. Mümkün olduğu təqdirdə həftədə 7 gün ildə isə 12 ay olmalıdır.

Təhsil və təlimin tərkibi autizmdə müşahidə edillən çatışmazlıqların yaxşılaşdırması istiqamətində olmalıdır.

Müəllimə səbrli və təmkinli olaraq lazım gəldiyi təqdirdə bir şeyi 100 dəfə söyləməlidir.

Təlimlər ilk olaraq xüsusilə bir-bir öyrədilir. İnkişaf olduqda isə kiçik qrup və böyük qrup olaraq təhsil verilməlidilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Autizmli uşaqlara təlim necə verilməlidir?" haqqında müzakirə