Harada və necə uşaq dünyaya gətirməli?
Hamiləliyin son aylarında qadınları düşündürən məsələlərdən biri də harada və necə uşaq dünyaya gətirmələridir. Hamiləlik sona yaxınlaşdıqca bu sual ən aktual suala çevrilir. Əlbəttə, doğuş sancıları başlayan zaman maşına oturaraq ən yaxın məsafədə yerləşən doğum evində ağrısız uşaq dünyaya gətirmək hər bir hamilə qadının arzusudur. Amma ana və uşağın sağlamlığının və gələcək həyatının doğuşdan asılı olduğunu nəzərə alsaq doğuşun mükəmməl olmasını planlaşdırmaq lazımdır. Doğuşun tədbirlə və ağılla həyata keçirilməsi ana və uşağın sağlamlığının təminatçısıdır.
Hamilə qadın doğuşun vaxtı yaxınlaşdıqca uşaq dünyaya gətirəcəyi doğum evini, doğum evinin həkimləri barədə məlumat toplamalı və müayinələrdən keçməlidir. Hamilə qadın xəstəxananın şəraiti, ərin doğuş prosesində iştirak edib etməyəcəyi, hansı ağrıkəsicilərdən istifadə etdikləri barədə məlumat toplamalıdır. Xəstəxanada işləyən həkimlərin peşəkarlığı barədə də məlumat toplamaqda çox fayda var.
Hamilə qadın doğum evi və ya sığorta şirkəti ilə də kontrakt bağlanıb və ya bağlanmayacağı barədə məlumat toplamalıdır. Özünün və körpəsinin gələcək sağlamlığı üçün hamilə qadın komfortlu və hər cürə avadanlıqlarla təhciz olunmuş xəstəxanada dünyaya gətirməlidir. Bu uşağın gələcək sağlamlığı üçün çox vacibdir. Körpəsini dünyaya gətirmək üçün ana doğum evi seçərkən aşağıdakıları nəzərə almalıdır:
* xəstəxana bütün tibbi avadanlıqlarla təhciz olunmalıdır
* xəstəxananın tualeti, duş qəbul etmək üçün yaxşı şəraiti olmalıdır
* uşaqla birlikdə qalmağa şəraiti olmalıdır
* qohumların gənc ana ilə görüşməsinə icazə verilməlidir
* ağrısız doğuş həyata keçirilməlidir
* hamilə qadının istədiyi vəziyyətdə (uzanaraq, ayaq üstə, suda, dizi üstə duraraq və s.) uşaq dünyaya gətirməsinə icazə verilməlidir
* uşaqlar üçün reanimasıya otağı olmalıdır
* mülayım tibbi personalı olmalıdır
* xəstəxana hamilə qadının evinə yaxın məsafədə olmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Harada və necə uşaq dünyaya gətirməli?" haqqında müzakirə