Autizm.

  • Müəllif: elnare
  • Tarix: 14 yanvar 2017
  • Baxış sayı: 3 295
  • 0 rəy

AUTİZM.
Autizmin əmələ gəlmə səbəbi tibb elminə məlum deyil. Amma həkimlər autizmli uşağın dünyaya gəlməsində genetik faktorun rolu olduğunu danmırlar. Fikrini cəmləyib qarşısındakına çatdıra bilməmək, tək oynamağa meyillilik, ağıl və  yaddaşın geriliyi autizm xəstəliyinə xas olan əlamətlərdən biridir.
Autizm xəstəliyinin olmasını nədən başa düşmək olar?
Əgər sizin uşağınız;
– heç kimlə göz təması qurmursa,
– adını çağırdıqda çevrilib baxmırsa,
– dediyiniz sozləri eşitmirmiş kimi davranırsa,
– barmağı ilə istədiyi yeri göstərə bilmirsə,
– oyuncaqlarıyla oynaya bilmirsə,
– yaşıdlarının oynadığı oyunlara maraq göstərmirsə,
– bəzi sözləri təkrar-təkrar və lazımsız vaxtda deyirsə,
– danışmağı yaşıdlarından geri qalırsa,
– sallanmaq, yellənmək kimi hərəkətlər edirsə,
– yersiz hərəkətlər edirsə,
– gözlərini bir yerə zilləyib baxırsa,
– bəzi əşyaları sıraya düzür və yaxud çevirirsə, onun autizm xəstəsi olmaq ehtimalı böyükdür.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə autizmli uşaqların sayı gündən – günə artır. Xəstəlik qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir.
Autizm xəstəsi olan uşaqlar çevrə ilə əlaqə qura bilmirlər, onlar tək oynamağa üstünlük verirlər. Belə uşaqlar hətta öz təbii ehtiyaclarını təmin edə bilmirlər. Sərbəst yemək yeyə bilmirlər, tualetə gedə birmirlər və s. Xəstəliyin müalicəsi yoxdur. Amma belə uşaqları ətraf mühitə uyğunlaşdırmaq, təbii ehtiyaclarını təmin etməyi öyrətmək ücün xüsusi reabilitasiya mərkəzləri təşkil olunur. Belə mərkəzlərdən bizim ölkəmizdə də var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Autizm." haqqında müzakirə