Uşağınızın hiperaktiv olub-olmadığını 7 dəqiqədə öyrənin

Uşağınızın hiperaktiv olub-olmadığını 7 dəqiqədə öyrənin
0 0 30 yanvar 2018 0

Məktəb və ailə həyatını, sosial münasibətlərə mənfi təsi göstərən hiperaktivliyin erkən diaqnozu və müalicəsi əsasdır. Xüsusilə erkən uşaqlıq zamanında ortaya çıxan diqqət əksikliyi və hiperaktivlik testlə müəyyən edilir.

İmmunitet.az
xəbər verir ki, türkiyəli psixoloq Sevda Sevimli Yurdsevən, diqqət əksikliyi testi və müalicə barədə məlumat verib:

“Bu, uşaqlıq zamanı meydana çıxan xəstəlikdir. Diaqnoz adətən 3 yaşda qoyulur. Ancaq aparılan son testlər nəticəsində daha erkən də qoyula bilir.
Diqqət əksikliyi və hiperaktivliyi olan uşaqlar, adətən aqressiv davranışlar göstərir. Diqqət əksikliyi yaranır”.

Mütəxəssis hiperaktiv uşaqlarda olan xüsusiyyətləri açıqlayıb:

“Həddindən çox hərəkətli olmaq

Yerində oturmamaq

Çox danışmaq

Diqqət əksikliyi

Diqqətinin asanlıqla dağılması

Əşyaları itirmə

Suallara birdən cavab vermək

Oyun zamanı sırasını gözləməmək

Bəzən nə söylədiyini bilməmək",-deyə həkim qeyd edib.

Diqqət əksikliyi və hiperaktivlik kompyuter vasitəsilə qısa müddətdə təsbit edilə bilir. 4-7 yaş aralığındakı uşaqlarda diaqnoz çox daha asanlıqla qoyulur.

Mütəxəssis valideynlərə vacib tövsiyələr edib:

"Test tətbiq edildiyi zaman uşağın,

-Grip və buna bənzər xəstəliyi olmamalıdır

-Aç olmamalıdır

-Tualet ehtiyacı olmamalıdır.

Çünki bu faktorlar uşağın diqqətinə təsir göstərir və testin cavabları düz çıxmaya bilər. Test təxminən 7 dəqiqə davam edir. Ancaq testdən öncə valideyn ilə görüşülməlidir".

Nəzərinizə çatdıraq ki, bunların hər biri həkim tərəfindən edilir.

OXŞAR XƏBƏRLƏR