Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?
İmmunitet.az xəbər verir ki, bu haqda türkiyəli stomotoloq Pertev Kökdemir bildirib.
İngilis elm adamları belə dişlərdən istifadə edənlərin yaxşı çeynəyə bilmədikləri üçün düzgün qidaları seçməklərini bildiriblər. Meyvə, tərəvəz, quru meyvələr və ət kimi qidaları istifadə edə bilməyən xəstələrin, sümük sınması və qırılması riskinin daha yüksək olduğunu bildirib.
Stomotoloq Pertev Kökdemir mövzu ilə bağlı açıqlama verib:
“Protez dişlərdən istifadə edənlər ilkin zamanlar buna çətinlik çəkirlər. Qidaları yaxşı çeynəyə bilmirlər, diri-diri udurlar. Belə qida vərdişi artıq refleks halını alır. Təbii ki, çeynəmə düzgün getmədiyindən həzm də normal olmur. Nəticədə isə qidalar fayda əvəzinə zərər verir. Bu zaman artıq çəki yaranır, həmçinin şəkər xəstəliyi qaçınılmaz olur”.
Həkim damaq protezlərinin 5-10 il içində yenilənməsinin mühüm olduğunu vurğulayıb.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Sarı dişlərin 2 dəqiqədə ağardılması
1 iyul 2017
Körpələr çeynəməyi necə öyrənir?
2 yanvar 2017
Təzyiqi endirən qidalar hansılardır?
8 fevral 2018
Mətbəxinizdə yaranan öldürücü xəstəlik
29 yanvar 2018
Bayram süfrələrinin təhlükəli qidaları
21 yanvar 2017
SAĞLAM QİDA
27 dekabr 2016
"Protez dişlərdən istifadə edənlər nə üçün kökəlir?" haqqında müzakirə