Bayram süfrələrinin təhlükəli qidaları
Mütəxəssislər xüsusən də insanlara bəzi qida maddələrindən uzaq durmağı tövsiyə edirlər. Onların söylədiklərinə görə badamın tərkibində olan bəzi maddələr bağırsaqlarda sian oksidə çevrilir və qana sorularaq orqanizmə zərər verir. Kimyaçı Xarpal qozun tərkibində olan miristisinin də orqanizmə zərər verdiyini söyləyir və çoxlu miqdar qoz yeməyin insanlarda halyusinasiyaya səbəb olduğunu qeyd edir. Bundan başqa çoxlu miqdarda qoz yemək ürəkdöyünməyə, huşun itməsinə səbəb ola bilir. Mütəxəssislər bu qidaların az miqdarda qəbul edilməsini məsləhət bilirlər. Çünki onların həddindən artıq qəbulu orqanizmə zərər verir. Orqanizmə ən çox zərər verən qidalardan biri də marçipandır. Onun orqanizmə zərəri daha çoxdur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bayram süfrələrinin təhlükəli qidaları" haqqında müzakirə