Dişlərin implantasiya metodları

  • Müəllif: Dr.Nicat
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 854
  • 0 rəy

Dişlərin implantasiya metodları
Hal-hazırda dişlərin bir neçə implantasiya metodları ( sümükdaxili, subperiostal, selikli qişa daxili, sümüküzəri, lazer) mövcuddur. Metodlar hər konkret vəziyyətdə fərdi olaraq seçilir.
Sümükdaxili implantasiya:
Bu metod hazırda ən effektiv metod hesab olunur. Belə ki, implantat bilavasitə sümük toxumasına yeridilir. Bu implant daha ehtibarlı konstruksiyaya malikdir, diş ətinə daha yaxşı uyuşur. Sümükdaxili implantasiya sümük toxumasının qalınlığı kifayət qədər olduqda və ya onun əvvəlcədən plastikasından sonra tətbiq olunur.
Hazırda dişin kökvarı implantatları tətbiq olunur. Bunlar bir etaplı – yəni müvəqqəti qapaq qoymaqla və ya iki etaplı – daimi qapaq qoyulduqda 6 ay sonra implantasiyanın tətbiq olunması ilə aparılır.
Selikli qişa daxili implantasiya:
Protezlərin qoyulması nəticəsində onların fiksasiyasını yaxşılaşdırmaq üçün bu metod tətbiq olunur. Bu metod o zaman tətbiq olunur ki, süni dışlərin əkilməsi mümkün olmasın. Bu müdaxilə zamanı xüsusi selikli qişa daxili implantatlar yerləşdirilir. Bunlar 2 hissədən ibarətdir. Birinci hissə protezə fiksə olunur, ikinci hissə bilavasitə ağzın selikli qişasına bərkidilir. Bor maşını vasitəsilə diş ətində çuxur açılır, buraya implant yeridilir. Bu implanta diş protezi taxılır, gigiyenik proseduralar zamanı bunu asanlıqla çıxartmaq olur.
Sümük üzərindən olan implantasiya:
Bu metod nadır hallarda istifadə olunur. Bu zaman əyilmiş 2 ştiftli implant ağız boşluğuna deyil, çənəyə yerləşdirilir.

Dişlərin lazer implantasiyası:
Dişlərin implantasiyası lazer şüa vasitəsilə həyata keçirilir. Bu zaman skalpel vasitəsilə deyil, lazer vasitəsilə implantasiya aparılır. Bu metod ağrı və diskomfort hissini aradan qaldırmağa imkan verir. Lazer hesabına əməliyyat qansız baş verir. İmplantasiyadan sonra təyin olunan antibiotiklər fəsadların qarşısını alır. Cərrahi tikiş olmadığı üçün sağalma tez baş verir.
Ekspess- implantasiya:
Ekspress- implantasiya bir etaplı metodla ( birdəfəlik implant və müvəqqəti dış qapağının qoyulması) tətbiq olunur. Bu da adi sümükdaxili klassik sümükdaxili impantasyadır.
Əməliyyatsız implantasiya:
Bu metod- kiçik müdaxilə ilə aparılır. Bu zaman diş ətində kəsik aparılmır, dişdə kiçik çuxur açılır və implant yeridilir. Bu metod müəyyən göstərişlər olduqda mümkündür.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dişlərin implantasiya metodları" haqqında müzakirə