Osteoartrit xəstəliyi nədir?

  • Müəllif: sahane
  • Tarix: 2 fevral 2018
  • Baxış sayı: 2 627
  • 0 rəy

Osteoartrit, xalq arasında bilinən adı ilə daşlaşma, oynaqlarda qığırdaq toxumasının quruluşunda pozğunluq, qığırdaqda nazikləşmə, yeyilmə və təxribatın ortaya çıxdığı ən çox görülən oynaq xəstəliyidir.

Ən çox ayaq, bud, əl biləyi və onurğada görülür. Oynaq qığırdağı və altındakı sümük bütövlüyünün pozulmasına səbəb olan çox müxtəlif amillər nəticəsində ortaya çıxan simptom və klinik müayinə ipucları ilə xarakterizə olunan bir xəstəlikdir. Adətən orta yaşlarda daha çox rastlanan osteoartrit xüsusilə bud nahiyyəsində ortaya çıxdığı zaman insan vücudunun hərəkət qabiliyyətinə mənfi təsir edir. Eyni anda sümük sisteminə təsir göstərir.

Bud sınığı, sümük qırılması və travma nəticəsində zədələnmələr zamanı da bu xəstəlik meydana çıxa bilər. Daşlaşmanın ölçüsünə görə, müəyyən ağrılar yarana bilər. Ağrılar artdıqca artıq şiddəti da güclənir.

Osteoartrit xəstəliyinin diaqnozu necə qoyulur?


Bu adətən Usm müayinəsi, radioşüalanma vasitəsilə təsdiqlənir. MRT, rentgenin köməkliyi ilə müalicəsinin də necə aparılmalı olduğunu dəqiq müəyyən edilir.

Müalicəsi varmı?

Osteoartritin qəti müalicəsi bu gün üçün mümkün deyil. İlkin müdaxilə zamanı daşlaşmanın yaratdığı pozulmaların qarşısını alınmalıdır. Əlbəttə ikinci və radikal müalicə şəkli cərrahidir. Lakin cərrahi müdaxiləyə ehtiyac qalmadan daşlaşmaq nəzarət altına alınması, insanın qatılacağı müalicə reabilitasiya ilə mümkün olur.

Lazımi idman hərəkətləri

Üzmək

Aerobika

Velosipedə minmək daşlaşmanın qarşısını almaq üçün əsas şərtlərdəndir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Osteoartrit xəstəliyi nədir?" haqqında müzakirə