Ankilozan Spondilit xəstəliyi nədir?

  • Müəllif: sahane
  • Tarix: 2 fevral 2018
  • Baxış sayı: 3 932
  • 0 rəy

Xəstəliklərin bir çoxu qocalan vücudun deformasiyası nəticəsində meydana çıxır. Ancaq bu deyim Ankilozan Spondilit kimi xəstəliyə aid deyil.

İmmunitet.az xəbər verir ki, Bexterev xəstəliyi bir və ya daha çox onurğa sümüyünün iltihabı vəziyyətidir.  Onurğa sümükləri arasında görülə bildiyi kimi onurğa sümükləri ilə ləyən sümükləri arasında da görülə bilər. Nəticə olaraq təsirlənən sümük səthləri birləşmə meylinə girməkdədirlər. Adətən 20-30 yaşlarda görünən xəstəlik orqanizmin bütün əzələ və sümük sisteminə təsir göstərir.

Adətən "Sakroiliak" oynaq olaraq adlandırılan bölgədə ləyən sümüyü ilə onurğanın son hissələrində təsirli olan bu narahatlıq sonrakı mərhələlərdə onurğanın hərəkət qabiliyyətini tamamilə itirməsi ilə nəticələnir. Hər nə qədər onurğa narahatlığı kimi tanınsa də eyni zamanda digər oynaqlara da yayıla ankilozan spondilit çiyin hissəsində, diz qapağı və ya bud hissəsində də görünür.

Ankilozan Spondilit (Bexterev xəstəliyi) kimlərdə yaranır?

Revmatizma xəstəliyindən əziyyət çəkənlər daha çox bu riskə daxildirlər. Bu ağrı dincələn, istirahət edənlərdə daha çox yaranaraq şiddətlənir. Qadınlarla müqayisədə kişilərdə 3 qat daha çox görünür. Bu problemin müalicəsi tam olaraq öz təsdiqini tapmayıb. Alimlər xəstəliyin genetik faktorla da bağlı ola biləcəyini düşünürlər.

Müalicəsi necə aparılır?


Son illər bəzi dərmanlarla yanaşı idman hərəkətləri də xəstələrə tövsiyə edilir. Bu daha çox effektli təsirə malikdir. Edilən idmanlar, terapiyalar sayəsində ağrıların azaldığı təsdiq olunub. Erkən diqnoz vacibdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ankilozan Spondilit xəstəliyi nədir?" haqqında müzakirə