Kifoz nədir?

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 7 707
  • 0 rəy

Kifoz nədir
Kifoz onurğanın gözlə görülə bilinəcəq qədər önə doğru əyilməsidir.Onurğanın önə doğru əyilməsi qozbellik şəklində özünü biruzə verir.Buna görə də el arasında kifoz xəstələrinə qozbel deyilir.Xəstəlik zamanı onurğanın üst hissəsi xaricə doğru əyilir,alt hissəsi isə içəriyə doğru əyilir.Əksər hallarda xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Kifoz adətən əyriliklə yanaşı digər orqanlara təsiri ilə də xəstəni narahat edir.Kifoz zamanı xəstələrin onurğasında olan əyrilik səbəbli ağrılar meydana çıxır Bu əyilmələr zamanı fəqərəarası diskin sinirləri sıxması səbəbli baş verir.
Kifoz həm anadangəlmə,həm də sonradan qazanılma ola bilir.Erkən diaqnozun qoyulması və vaxtında aparılan müalicə kifozun inkişafını ləngidir və gələcəkdə baş verəcək ağrıların qarşısını alır.Xəstəlik anadangəlmə olduqda kifoz qısa bir zamanda və sürətlə inkişaf edir.Bu adətən doğuş travmaları zamanı baş verir.Sonradan baş verən kifoz ən çox 10-15 yaşlı uşaqlar arasında baş verir.Bu yaşda olan uşaqların kifoza yaxalama riski çox olur.Kifoza qadınlar və kişilər arasında eyni sayda rast gəlinir.Amma yetkinlik dövründə kifoza ən çox qızlar arasında rast gəliniur.
Kifozun gözlə görüləcək qədər böyük olması qozbellik adlanır.Qozbelliyə erkən diaqnozun qoyulması üçün öz uşağınızı özünüz müayinə edə bilərsiniz.Bu zaman uşağınızı soyundurun və ondan önə doğru əyilməsini xahiş edin.Bu zaman onurğa bölgəsində az da olsa qabarıqlıq müşahidə edilərsə onu mütləq həkimə aparmaq lazımdır.Qabarıqlıq olan hissədə ağrını olması isə xəstəliyin irəliləməsini və vəziyyətin ciddi olmasının işarəsidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kifoz nədir?" haqqında müzakirə