Qadınların ərləri ilə intim əlaqəyə girmək istəməməsinin səbəbləri

  • Müəllif: elnare
  • Tarix: 28 fevral 2017
  • Baxış sayı: 13 385
  • 0 rəy

Qadınların ərləri ilə intim əlaqəyə girmək istəməməsinin səbəbləri
Şərq ölkələrinin adət və ənənələri əksər qadınların cinsi istəklərinin yetərincə olmamasına səbəb olan amillərdən biridir. Qızların tərbiyəsində çevrədəkilərin nə deyəcəkləri, valideyinlərin basqısı, valideyinlərin arzusu ilə ailə qurmaq əksər qızların öz gələcək ərlərinə qarşı həvəzsiz olmalarına səbəb olur. Bundan başqa ailə daxilində qadına qarşı olan münasibətlər, hamilə qalmaq qorxusu, hamiləlik və zahılıq dövrünün həyəcanları qadının ərinə qarşı intim münasibətinin soyumasına səbəb olur ki, bu da zamanla qadının ərindən soyumasına səbəb olur. Cinsi əlaqəyə meyilliyin olmamasna ərlərində duyğusal hisslərin olmaması, ərin qadının istəmədiyi halda cinsi əlaqəyə məcbur etməsi də səbəb olur. Gündəlik qayğıların həddindən çox olması, yorğunluq, əri tərəfindən lazım olduğu qədər diqqət və qayğının olmaması qadının öz ərindən uzaqlaşmasına səbəb olan əsas amildir. Ərin şəxsi gigyenasına diqqət etməməsi, qadınına qarşı yanlış yaxınlaşma, cinsi əlaqə haqqında xoş sözlər deməməsi qadının ərindən uzaqlaşmasına səbəb olan amil sayılır. Bəs bunun müalicəsi varmı?
Qadınlarda ərlərinə cinsi meyilliyin olmamasını aradan qaldırmaq üçün onu əmələ gətirən səbəbi araşdırmaq və aradan qaldırmaq lazımdır. Çünki cinsi istəksizliklə baş verən cinsi əlaqə və ya bu səbəblə cinsi əlaqənin olmaması qadınlarda əsəbiliyə, hikkəyə və baş ağrılarına səbəb olur. Cinsi istəksizliyin olmasının  müalicəsi psixoloqun köməyi vasitəsilə aradan qaldırırlır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadınların ərləri ilə intim əlaqəyə girmək istəməməsinin səbəbləri" haqqında müzakirə